Mobil versiya
Səbinə Xasayeva: “Tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək”
Tarix: 18-11-2020 | Saat: 18:11
Bölmə:Siyasət | çapa göndər

Səbinə Xasayeva: “Tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək”


Milli Məclisin deputatı Səbinə Xasayeva müsahibə verib. O müsahibəsində Qələbə sevincindən danışıb.

-Səbinə xanım. 44 günlük şanlı tarix barəsində nə deyə bilərsiniz?

-Müzəffər Azərbaycan Prezidenti, Qalib Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı və rəhbərliyi altında şanlı ordumuz tərəfindən Azərbaycanın tarixi şəhəri və mədəni paytaxtı, Qarabağın tacı olan əzəli torpağımız qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük qələbənin qazanılması Azərbaycan xalqının tarixində yeni bir əbədi tarix yazdı. Bu tarixi Zəfər İkinci Dünya Müharibəsindən sonra əldə olunan qələbələr içərisində dünyada ən şanlı və ədalətli qələbədir. Bu qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı. və 1 milyona yaxın Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu. Bu böyük tarixi qələbə münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev başda olmaqla bütün xalqımızı təbrik edirəm. Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generallarının yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduğunu bütün dünyaya əyani şəkildə göstərdi və sübut etdi. Digər tərəfdən isə əsrlərlə yalanı, riyakarlığı dövlət strategiya və taktikasının əsası hesab edən mənfur Ermənistanın, onun qaniçən,ikiüzlü, utanmaz Baş naziri Nikol Paşinyanın və erməni xalqının iç üzünü açıb bütün dünyaya göstərdi.

-Beynəlxalq ictimayyətin Ermnistanana qarşı hər hansı addm atacağını gözləmək olarmı?

-Biz 30 ildir dözürdük. Ancaq cənab Prezidentin dediyi kimi Azərbaycan xalqının səbr kasası dolub daşırdı. Beynəlxalq ictimayyət bu 44 gündə erməniərin əsl simasını bir daha görmüş oldu. Onların mülki insanları hədəf alması, günahsız uşaqları qətlə yetirməsi təbii ki, gec-tez beynəlxalq hüquq tərəfindən öz layiqli cavabını alacaq. Artıq gec olsa da beynəlxalq ictimaiyyət anladı və başa düşdü ki, Azərbaycan xalqı haqq işi uğrunda apardığı mübarizədə tam haqlıdır. Eyni zamanda, bu qələbədən sonra Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in və bir sıra nüfuzlu beynəlxalq təşkilatların haqqın, ədalətin qorunmasında və bərpasında qeyri-fəal və bitərəf qaldığını, bir çox hallarda isə haqqı nahaqqa verdiklərini tam sübut etdi. Həmçinin regional problemlərin həllində qonşu ölkələrin oynadığı mühüm rolu önə çəkdi. Dünyada artmaqda olan böhranların və regional toqquşmaların müsbət həll edilməsində Türkiyə-Rusiya münasibətlərinin əvəzolunmaz rolunu və dəyişməz mövqeyini əsaslı şəkildə təsdiq etdi.

Üçrəngli bayrağımızın 44 gün ərzində bütün işğal altında olan ərazilərimizdə dalğalanması Ali Baş Komandanımız İlham Əliyev cənablarının yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, monolit birliyinin və vəhdətinin çox parlaq və sönməz bir nümunəsidir. Heç şübhəsiz bu şanlı, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır.

-Artıq işğadan azad olunan ərazilərdə yenidənqurma, abadlıq işləri həyata keçirilir...

Bəli. Ötən gün Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi keçirildi. Cənab Prezident və birinci vitse-prezident Mehriban xanım Əliyeva bu tədbirdə iştirak etdi. Çox qürurlu bir hadisənin şahidi olduq. Bu işğadan azad olunan ərazilərimizdə həyata keçirilən ilk layihədir. Təbii ki, zaman keçdikcə həmin ərazilərimizdə daha geniş miqyaslı layihələr həyata keçirəcəyik. Şuşamız, Zəngilanımız, Qubadlımız, Laçınımız, Kəlbəcər və digər işğaldan azad olunan rayonlarımız cənnətə çevriəcək. Mən bir məsələyə xüsusi toxunmaq istəyirəm.ki, doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi Azərbaycan xalqının öz ərazi bütovlüyünü bərpa etməklə siyasi-iqtisadi qüdrətini təsəvvüredilməz dərəcədə artırmağa və yüksəltməyə imkan verəcəkdir. Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar nəinki ölkəmizdə, həm də Cənubi Qafqazda mədəniyyət mərkəzi olmasını tez bir zamanda sübut edəcək. Eyni zamanda, bu rayonlar zəngin və tükənməz təbii ehtiyatları ilə beynəlxalq ticarət və turizm mərkəzinə çevriləcəkdir. Bu böyük tarixi Zəfər günü münasibəti ilə dövlətimizin Qalib sərkərdəsi və Prezidenti İlham Əliyev cənablarını, müzəffər və şanlı ordumuzu, bütün Azərbaycan xalqını bir daha təbrik edirəm. Tarixi qələbəmiz ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Məhz xalqımızın ordumuza, Prezidentimizə, dövlətimizə göstərilən dəstəyinin nəticəsidir ki, Azərbaycan əsgərinin şücaəti sayəsində əzəli torpaqlarımız işğaldan azad edildi. İnanıram ki Azərbaycan xalqının birliyi nəticəsində işğaldan azad olunan bütün rayonlarımız müzəffər Prezidentimizin rəhbərliyi altında tez bir müddətdə dünya standartları səviyyəsində yenidən qurulacaq, bütün insanlar isə öz doğma yurdlarına qayıdacaq, ölkəmizin daha da inkişaf etməsinə və çiçəklənməsinə öz layiqli töhfələrini verəcəklər.

-Şanlı və Qaıb Ordumuzun şəxsi heyətinə arzularınızı eşitmək xoş olardı.

-Möhtərəm Prezidentimiz , Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənabları Vətən müharibəsinin davam etdiyi günlərdə dünyanın aparıcı mətbuat orqanlarına, TV kanallarına verdiyi bütün müsahibələrində və xalqımıza müraciətlərində Tarixi Qələbənin qazanılmasında Azərbaycan əsgər və zabitlərinin Vətən uğrunda göstərdikləri qəhrəmənlıqları minnətdarlıq hissi ilə xatırlatmış, torpaqlarımızın azad edilməsində önların sücaətlərini çox yüksək qiymətləndirmışdir. O qeyd etmişdir ki Vətən Müharibəsi şəhidlərinin ailələrinə həmişə böyük diqqət və qayğı ğöstərilməsi hər bir Azərbaycan vətəndaşının mənəvi borcu olmalıdır. Eyni zamanda, Müharıbə iştirakçilarının məişət və mənzil şəraitlərinin yaxşılaşdırılması, təhsil alması və işə düzəlmələri üçün onlara dövlətimiz tərəfindən bütün şərait yaradılacaqdır. Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının Mərkəzi Tibbi Klinikada müalicə olunan hərbi qulluqçularımızla görüşündə qeyd etdiyi kimi bu qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları həmişə minnətdarlıq hissi ilə xatırlayacaq, dövlətimiz onların müalicə edib tez bir zamanda sağalması və dinc həyata qayıtması üçün bütün imkanlardan istifadə edəcəkdir. Mən də bütün şəhidlərimizə Qadir Allahdan rəhmət, bütün ailə üzvlərinə və yaxınlarına isə səbr diləyirəm. Onların Vətən sevgisi və gəstərdikləri Qəhrəmanlıqları qarşısında baş əyirəm. Müzəffər Azərbaycan Ordusunun bütün şəxsi heyətinə isə möhkəm cansağlığı və Vətənin keşiyində həmişə ayıq-sayıq olmağı arzulayıram.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024