Mobil versiya
Uzun illər köçkün həyatı sürən qadınlarımızın məsələsi beynəlxalq forumda müzakirə olunub
Tarix: 12-11-2020 | Saat: 17:31
Bölmə:Siyasət | çapa göndər

Uzun illər köçkün həyatı sürən qadınlarımızın məsələsi beynəlxalq forumda müzakirə olunub


Noyabrın 11-i “Qadın Siyasətçi Liderləri” təşkilatı (WPL) Reykyavik Forumunun özəl sessiyası keçirilib. Milli Məclisin deputatı, forumda Azərbaycanı təmsil edən Könül Nurullayeva çıxış zamanı diqqəti ölkəmizdə qadınlar və onların cəmiyyətdəki roluna yönəldib. Azərbaycanın bu sferada və pandemiya dövründə qazandığı uğurlara toxunub. Qeyd edib ki, Ermənistanın işğal siyasəti nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkün düşən soydaşlarımızın əsas hissəsini qadınlar təşkl edib, həssas qrup olan bu insanlara göstərilən dövlət qayğısı barədə məlumat verib.

“Həmçinin şanlı Azərbaycan Ordusunun və xalqımızın qazandığı qələbə sevincini forum iştirakçıları ilə bölüşdüm. Artıq bütün məcburi köçkün və qaçqınlarımızın öz doğma yurdlarına qayıdacağına, həyatlarını uğurla şəxsi və professional inkişaflarına həsr edəcəklərinə ümidvar olduğumu bildirdim”, - deyə K.Nurullayeva qeyd edib.

Xatırladaq ki, sessiyada Rvanda, Finlandiya, Kanada, İndoneziya, Polşa, Bəhreyn, Filippin, Livan, Kipr, Yunanıstan, Albaniya, İordaniya və digər ölkələrin qadın siyasətçiləri, parlament və senat üzvləri bir arada birləşmib. Tədbirdə post-pandemiya dövründə qadınların siyasi və sosial rolunun cəmiyyətdə artırılmasını müzakirə edilib, zərif cinsin nümayəndələrinin aparıcı vəzifələr tutması üçün atılacaq addımlar müəyyənləşdirilib, iştirakçı ölkələr şəxsi və ölkə təcrübələrini bölüşüblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2025