Mobil versiya
Zahid İbrahimov: “Ali Baş Komandan yenilməz ordu qurdu”
Tarix: 12-11-2020 | Saat: 13:11
Bölmə:Siyasət | çapa göndər

Zahid İbrahimov: “Ali Baş Komandan yenilməz ordu qurdu”



“Azərbaycan torpaqlarının 20%-ni otuz il işğal altında saxlayan Ermənistan hərbi-siyasi rejimi bütün bu müddət ərzində ölkəmizin təbii sərvətlərini, strateji resurslarını talamaqla məşğul idi. Bu imkanın daimi olmadığını yaxşı başa düşən işğalçılar əllərinə düşmüş fürsətdən maksimum yararlanmağa, mümkün qədər çox sərvət ələ keçirməyə çalışıblar.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov deyib.
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəni tarixi zəfər adlandıran idarə rəisi bildirib ki, ölkəmizin ərazilərinin erməni işğalı süquta məhkum idi: “Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi ilk gündən istər ölkə daxilində, istərsə də xarici görüş və tədbirlərdə etdiyi bütün çıxışlarında daim bəyan edirdi ki, Azərbaycan öz torpaqlarını istənilən yolla azad edəcək. Az qala bütün dünya Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını iddia etdiyi bir vaxtda da dövlətimizin başçısı bu yolun mümkün olduğunu bəyan edirdi. Əlbəttə ki, ötən əsrin 90-cı illərindəki Azərbaycan üçün bu bəlkə də mümkün deyildi. Lakin Azərbaycan Prezidenti heç zaman əsassız bəyanatlar verməyib. Bu sözün arxasında layiqincə dura bilmək üçün ölkənin güclü iqtisadiyyatı və qüdrətli ordusu olmalıdır. Prezident İlham Əliyev də bütün hakimiyyəti dövründə dövlətin daxili və xarici siyasətini məhz bu məqsədlərə nail olmağa yönəldib. Nəticə də də göz qabağındadır. Son on yeddi ildə Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata və güclü orduya sahib olub. Məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib, dostlarımızın sayıartıb. Bütün bunlar Azərbaycanı Cənubi Qafqaz regionunda lider dövlətə çevirib və bu gün biz bu üstünlüklərin real bəhrəsini savaş meydanında əldə etdiyimiz tarixi qələbədə görürük.”
İşğal illərində təbii sərvətlərimizin ermənilər tərəfindən talanmasını vandalizm və beynəlxalq cinayət adlandıran Zahid İbrahimov Ermənistan rəhbərliyinin bu əməllərinə görə məsuliyyətə cəlb edilməli olduqlarını vurğulamışdır: “Ermənilər əlbəttə ki, bu torpaqların onlara əbədi verilməyəcəyini və gec-tez bu ərazilərdən rədd olub gedəcəklərini yaxşı bilirdilər. Təbii ki, onlar bu günü mümkün qədər uzaqlaşdırmağa çalışırdılar. Elə işğal olunmuş ərazilərdə 30 il boyunca tikilib-hazırlanan müdafiə istehkamları, hərbi-mühəndis qurğuları da bu məqsədi güdürdü. Bununla belə ermənilər bütün bu müddət ərzində həm də torpaqlarımızın təbii sərvətlərini, strateji ehtiyatlarını talamaqla məşğul idilər. Artıq bəzi xarici şirkətlərin də bu işdə yaxından iştirak etmələrinə dair ictimaiyyətə kifayət qədər dəlillər təqdim olunub. Düşünürəm ki, artıq hərbi əməliyyatlar Azərbaycanın tam qələbəsilə başa çatdığına görə, ilkin vacib prosedur məsələlərinin həllindən sonra təbii sərvətlərimizin talan edilməsində təqsirkar olan şəxslərin müəyyənləşdirilib beynəlxalq səviyyədə məsuliyyətə cəlb edilməsi və ölkəmizə təzminat ödənməsi məsələlərinə də ciddi şəkildə baxılmalıdır.”
Sonda müsahibimiz Azərbaycanın Vətən müharibəsində qələbəsinin tarixi zərurət olduğunu vurğulayaraq bunları demişdir: “Az öncə də dediyim kimi, Azərbaycanın bu gün ən müasir silah və texnika ilə təchiz olunmuş qüdrətli ordusu, bu ordunu ən böyük qələbələrə apara biləcək Müzəffər Ali Baş Komandanı və ən əsası da öz dövlətinin, öz Prezidentinin ətrafında sıx birləşmiş məğrur və yenilməz xalqı var. Əlbəttə ki, qələbə bizim olmalı idi və oldu da. Bu artıq yetişmiş tarixi zərurət idi. Ermənilərin 5 ilə yaxın müddət ərzində işğal etdikləri torpaqları Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə azad etdi. Nəhayət Şuşa şəhərinin azad edilməsilə düşmən öz süqutunu qəbul etdi. Ermənistan hökuməti Azərbaycan tərəfinin bütün şərtlərini qəbul edərək hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatı imzalamalı oldu. Bu, Azərbaycanın tam və qəti qələbəsi deməkdir. Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz torpaqlarını azad etməklə beynəlxalq nüfuzunu bir qədər də yüksəltdi və bundan sonra da ölkəmizə qarşı heç bir aqressiyaya yol verməmək iqtidarında olduğunu bütün dünyaya göstərdi.”

Araz Həsənov
Elxan Kamil oglu

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024