Ermənilər Ağdamda kəndi atəşə tutdu: üç ev dağıldı, yaralanan var
Tarix: 05-04-2016 | Saat: 10:50
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Erməni silahlı qüvvələri Ağdamın cəbhə xəttindən xeyli uzaqda yerləşən Üçoğlan kəndini reaktiv artilleriyadan və toplardan atəşə tutub.
APA TV-nin Qarabağ bürosunun Aia.az-a verdiyi məlumata görə, atəş nəticəsində kənd sakinlərindən Bəxtiyar Bəhmən oğlu İbrahimovun evi tamamilə yanıb.
Kənd sakini Bəylər Köçəri oğlu Əkbərov və Ədalət Kamran oğlu Məhərrəmovun isə evlərinin dam örtüyü və həyətlərindəki tikililər dağılıb.
Hadisə nəticəsində Ədalət Məhərrəmovun bacısı qızı, 16 yaşlı Pakizə Məhərrəmli baş nayihəsindən yaralanıb. P. Məhərrəmli Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-03-2025