Mobil versiya
Düşmən daha bir vətəndaşımızı öldürdü
Tarix: 04-04-2016 | Saat: 17:43
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər


Ermənilər uzaqvuran topları işə salıblar.

Ermənistan Silahlı Qüvvələri təmas xəttindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrini reaktiv artilleriya qurğuları və uzaqvuran toplardan atəşə tutmağa başlayıb.

Aia.az APA-ya istinadən xəbər verir ki, düşmənin Ağdamın Əhmədağalı Ərazi Vahidliyinin Şərifli kəndini atəşə tutması nəticəsində yaranan mərmi partlayışları zamanı kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu həyatını itirib.

Bu gün erməni silahlı qüvvələri Üçoğlan və Xındırıstan ərazi vahidliklərini də atəşə tutub. Üçoğlan ərazi vahidliyinin Ballar kəndinin ərazisinə 5 artilleriya mərmisi atılıb.

Yaşayış məntəqələrinə tuşlanan mərmilərdən biri həyətyanı sahəyə düşüb. Xəsarət alan olmayıb. Digər dörd mərmi isə kəndin yaxınlığında əkin sahələrində partlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024