Mobil versiya
Südabər İsmayılova: “Ali Baş Komandan cənab İlham Əliyev ordumuzu qələbəyə aparır”
Tarix: 05-11-2020 | Saat: 11:45
Bölmə:Manşet | çapa göndər

Südabər İsmayılova: “Ali Baş Komandan cənab İlham Əliyev ordumuzu qələbəyə aparır”




“Bu gün Azərbaycan ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən uğurla gəlir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan ordusunu və Azərbaycan xalqını inamla qələbəyə doğru aparır.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində Şəki Şəhər Təhsil İdarəsinin müdiri Südabər İsmayılova demişdir.

Əməkdaşımızın suallarını cavablandıran Südabər xanım bildirmişdir ki, qısa müddət ərzində bir çox rayon və kəndlərimizin işğaldan azad olunması böyük qələbəni xalqa daha da yaxın edib: “İşğaldan azad olunmuş bütün ərazilərdə məscidlər bərpa olunacaq və oralardan azan səsi eşidiləcək. Bu şərəfli missiyadır və ordumuz bu missiyanın öhdəsindən mütləq gələcəkdir. Torpaqlarımızın işğaldan azad olunan hər bir gün xalqa xoşbəxt hisslər bəxş edir. Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam edəcəkdir. Bu gün bütün Azərbaycan xalqı möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tariximizin ən parlaq səhifəsini yazır. Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Xalqımız öz doğma dədə-baba torpaqlarını işğalçılardan azad edir. Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz.”

Daha sonra Südabər İsmayılova qardaş Türkiyənin Azərbaycana verdiyi dəstək və regionda vəziyyətin nizamlanması prosesinə Türkiyənin cəlb olunması məsələlərinə də münasibət bildirərək bunları demişdir: “Türkiyə və Rusiyanın yaxınlaşması Cənubi Qafqazda sülhün bərpa olunması və sonrakı dövrdə vəziyyətin nizamlanması baxımından strateji əhəmiyyət kəsb edir. Hazırda Türkiyə və Rusiya həm regional təhlükəsizlik məsələlərində, həm də bir çox digər gündəlikdə olan bir çox digər məsələlər barəsində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. O cümlədən enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin təmin olunması üçün mühüm amilidir. Türkiyə ilə Rusiyanın səylərinin birləşdirməsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirəcəkdir. Nəzərə almaq lazımdır ki, işğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılandan və qaçqınlar Dağlıq Qarabağa qayıdandan sonra sülhməramlıların göndərilməsi məsələsi aktuallaşa bilər. Ola bilsin ki, erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün ilkin mərhələdə bu qüvvələrə ehtiyac olsun. Ali Baş Komandan cənab İlham Əliyev də öz çıxışlarında hər zaman qeyd edir ki, münaqişənin nizamlanmasında Türkiyənin rolu mütləq olmalıdır. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Nəzərə almaq lazımdır ki, hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir və tamamilə müstəqil xarici siyasət yürüdən bir dövlətdir.”

Saytımıza verdiyi müsahibənin sonunda Südabər İsmayılova Azərbaycanda hökm sürən ümumxalq ruh yüksəkliyini də xüsusi olaraq qeyd etmişdir: “Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev son bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində ölkəsinin bayrağını, xalqının milli ruhunu, qürurunu, özünə inamını, ordumuzun qüdrətini, Prezidenti olduğu ölkəsinin nüfuzunu və özünün xalqın qəlbindəki məqamını daha da yüksəklərə qaldırdı. Bu gün Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraqlarını belə döyüş meydanında qoyub qaçırlar. Haqq işi uğrunda mübarizəyə qalxan Azərbaycan isə tutduğu yoldan dönmək fikrində deyil. Əminik ki, ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqlarımızı azad edəcək!”

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-08-2025