Mobil versiya
Möhüb Babayev: “Ali Baş Komandan cənab İlham Əliyev haqq səsimizi bütün dünyaya çatdırır”
Tarix: 04-11-2020 | Saat: 16:50
Bölmə:Manşet | çapa göndər

Möhüb Babayev: “Ali Baş Komandan cənab İlham Əliyev haqq səsimizi bütün dünyaya çatdırır”





Bakı şəhər Suraxanı rayonu 37 nömrəli uşaq musiqi məktəbinin direktoru Möhüb Babayev aia.az saytına müsahibə vermiş, təcavükar erməni qoşunlarının növbəti təxribatlarına cavab olaraq Azərbaycan ordusunun sentyabrın 27-dən başladığı hərbi əməliyyatların nəticəsində yaranmış vəziyyətlə bağlı əməkdaşımızın suallarını cavablandırmışdır.


“Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev şanlı ordumuzun savaş meydanında əldə etdiyi uğurları böyük məharətlə siyasi müstəviyə transfer edir və eyni zamanda da Azərbaycan həqiqətlərini, regionda yaranan yeni reallıqları bütün dünyaya uğurla təqdim edir. Bu baxımdam əlbəttə ki, Ölkə Prezidentinin xüsusilə son günlər müxtəlif ölkə və beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlər, eləcə də dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr böyük əhəmiyyət kəsb edir.” Bu sözləri 37 nömrəli uşaq musiqi məktəbinin direktoru Möhüb Babayev saytımıza verdiyi müsahibəsində demişdir. Məktəb direktoru xüsusi olaraq qeyd etmişdir ki, dövlətimizin başçısının xarici KİV-lərə verdiyi müsahibələr həmçinin ölkəmizə qarşı qərəzli mövqelərdə olan qüvvələrin bir çox yalanlarının ifşa edilməsi baxımından da xüsusi önəm daşıyır: “Biz hamımız möhtərəm Prezidentimizin son günlər ardıcıl olaraq dünyanın aparıcı informasiya vasitələrinə verdiyi müsahibələri diqqətlə izləyirik və biz hamımız şahid oluruq ki, bu müsahibələləri alan jurnalistlərdən bir çoxunun məqsədi həqiqətləri işıqlandırmaq yox, Azərbaycanı nədəsə ittiham etməkdir. Əlbəttə ki, cənab Ali Baş Komandan özünün əsaslı və məntiqli cavabları ilə belə cəhdlərin qarşısını dərhal və qətiyyətlə alır. Eyni zamanda da bu müsahibələrdə dünya ictimaiyyəti üçün Qarabağ münaqişəsinin tarixi ilə bağlı qaranlıq qala biləcək bir çox məqamlar öz əksini tapır. Məsələn, bir neçə gün bundan öncə möhtərəm Prezidentimiz cənab İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə vermişdi. Həmin müsahibənin gedişində kanalın müxbiri Azərbaycanın 1994-cü ildə müharibəni uduzması barədə iddia ortaya qoyduğu zaman cənab Ali Baş Komandan ona çox gözəl və tutarlı cavab vermişdi: “ Azərbaycan müharibədə məğlub olmamışdı, döyüşü uduzmuşdu. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. Ermənistana açıq xarici dəstək verilirdi. Azərbaycan müharibəyə başlamayıb. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Azərbaycanın etdiyi odur ki, özünü müdafiə edir və beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edir. Bundan artıq heç bir şey etmir. Dağlıq Qarabağda yaşayan ermənilər vətəndaşlarımızdır, onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar.” Həqiqətən də bu cavabların məntiqi qarşısında bütün bədxahlarımız aciz qalmağa məhkumdurlar.”

Daha sonra Möhüb Babayev dünyada erməni işğalçılarına hələ də dəstək verən qüvvələrin çox olduğunu və bunun təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün bir təhdid olduğunu deyib: “Cənab Prezident Fransanın “Figaro” qəzetinə verdiyi müsahibəsində də çox maraqlı bir məqama toxunmuşdur. Ali Baş Komandan bildirmişdir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan xarici ölkələrdən aldığı silahlara görə pul ödəyir. Ermənistan isə silahları pulsuz əldə edir. Əlbəttə ki, bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə kömək edən müasir silahları almaq imkanı var. Lakin iflas bir durumda, borc içində olan Ermənistanın buna qətiyyən heç bir imkanı yoxdur. Buna görə də əgər bəzi xarici havadarları Ermənistanı silahlandırmağa son qoysalar bu münaqişə də öz həllini daha tez tapar. Artıq hamı anlamalıdır ki, Ermənistan kimi təcavüzkar, beynəlxalq terroru dəstəkləyən bir ölkənin silahlandırılması bütün regionda sülhə və əmin-amanlığa ciddi təhlükə yaradır.”

aia.az
Həsən Əsədov
Rövşən Ağayev




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024