Mobil versiya
“Prezident Vətən müharibəsinə 2003-cü ildən başlayıb”
Tarix: 04-11-2020 | Saat: 11:19
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Prezident Vətən müharibəsinə 2003-cü ildən başlayıb”


Vətən müharibəsi mahiyyətcə Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının bütün sahələrinin və istiqamətlərinin təmin olunmasını şərtləndirir. Elə konsepsiyada da əsas müddəa kimi "Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir” bəndi təsbit olunub.

aia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov bildirib.

Onun sözlərinə görə, Prezident yeni mərhələdə Vətən müharibəsinə 2003-cü ildən başlayıb. Sadəcə bu savaş sentyabrın 27-dən növbəti hərbi fazaya qədəm qoyub. 2016-cı ilin Aprel zəfərini də bu silsilədə xüsusi xatırlamalıyıq.

"Möhtərəm İlham Əliyev Qarabağın işğalını milli təhlükəsizliyin əsas təhdidi kimi xarakterizə edərək, tarixi ərazilərimizin azadlığını da əsas hədəf - tarixi vəzifə kimi müəyyənləşdirib. Eyni zamanda milli təhlükəsizliyin təminatı olan bu başlıca vəzifənin həyata keçməsini yalnız hərbi yönümdə nəzərə almayıb. Məsələn, hələ 2004-cü ildə Prezident sərəncamı ilə imzalanaraq qüvvəyə minən "Milli təhlükəsizlik haqqında” qanuna görə milli təhlükəsizliyin təmin olunması üçün hərbi istiqamətlə bərabər, siyasi, iqtisadi, sosial, informasiya, ekologiya, elm, o cümlədən mədəniyyət, mənəviyyat və digər sahələr əsas götürülürdü.

Milli Təhlükəsizlik Konsepsiyasında da milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri kimi - xarici siyasət; hərbi təhlükəsizlik; dövlət təhlükəsizliyi və ictimai təhlükəsizlik; iqtisadi təhlükəsizlik; sosial təhlükəsizlik; elm və təhsil; milli-mənəvi dəyərlər, tolerantlıq və multikulturalizm; informasiya təhlükəsizliyi; ekoloji təhlükəsizlik kimi yönümlər qruplaşdırılıb.

Möhtərəm Prezident bu istiqamətlərin hər biri üzrə ayrı-ayrılıqda xüsusi tədbirlər həyata keçirib, ardıcıl siyasət formalaşdırıb. Sonra isə onların hər birinin uğurlu nəticəsini birləşdirərək Milli Təhlükəsizlik Konsepsiyasının təminini reallaşdırıb və Vətən müharibəsinin nəzərdə tutulan hədəflərə çatmasını müdrikliklə gerçəkləşdirib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024