Mobil versiya
Prezident İlham Əliyev: Bu dondurulmuş vəziyyət bizdən başqa hər kəsi, ilk növbədə Ermənistanı qane edirdi
Tarix: 26-10-2020 | Saat: 14:54
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident İlham Əliyev:



1992-ci ilin mayında Şuşa və Laçının itirilməsi və 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı. Halbuki bu bağlantı yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin Ermənistan respublikası ilə sərhədi yox idi. Bax, bu faciəvi hadisələr sanki yeni reallıq yaradırdı.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu hadisələr barədə oktyabrın 26-da xalqa müraciətində danışıb.

Dövlətimizin başçısı deyib: “Ondan sonra bu məsələni beynəlxalq vasitəçilər öz üzərinə götürdü, 1992-ci ildə Minsk qrupu yaradıldı. Minsk qrupunun fəaliyyəti göz qabağındadır. Minsk qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər, faktiki olaraq bu məsələni inhisara götürdülər, faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü və üç ölkə bu məsələ ilə məşğul olmağa başladı. Amma bunun nəticəsi oldumu? Olmadı. Bizim üçün olmadı, Ermənistan üçün oldu. Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar, bu məsələ dondurulsun, bizim torpaqlarımız əbədi əsarət və işğal altında qalsın”.

Prezident qeyd edib ki, Minsk qrupu işğalçıya təzyiq etməyib və etmək istəməyib.

“Mən onların qarşısında dəfələrlə məsələ qaldırmışdım: əgər məsələnin həllini görmək istəyirsinizsə, Ermənistana sanksiyalar tətbiq edin. Sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstə düşür. O da maraqlı bir məsələdir. Necə olur, bütün başqa məsələlərdə - nüvə silahları, Yaxın Şərqdə, Asiyada, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə, ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki bu dondurulmuş vəziyyət bizdən başqa hər kəsi qane edirdi, bu ölkələr arasında təbii ki və ilk növbədə Ermənistanı qane edirdi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5414 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2020
20-11-2020