100 MANAT CƏRİMƏNİ 100 MİNLİK AVTOMOBİLƏ ÇEVİRƏN MƏKTƏB DİREKTORU
Tarix: 03-04-2016 | Saat: 11:08
Bölmə:Gündəm / Manşet / Karusel / Seçilənlər | çapa göndər
Məlum olduğu kimi, keçən ilin sonuna yaxın İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, 1 ay ərzində 7 gündən artıq dərs buraxan şagird 100 manat həcmində cərimələnməlidirlər. Xatırladaq ki, cəmiyyətdə bu dəyişikliyə münasibət birmənalı olmadı. əsələn, deputat Elmira Axundova məktəblərdə cərimələrin tətbiq edilməsini məqsədəuyğun hesab etməmişdi: "İlk növbədə, məktəblərdə şagirdlərin dərsləri buraxmasının səbəbləri ilə mübarizə aparmaq lazımdır. Cərimələrin tətbiq edilməsi çoxsaylı mənfi faktlara və məktəblərdə faktiki ticarətə səbəb ola bilər". Təəssüf hissi ilə qeyd edirik ki, millət vəkiliunin bu bədbin proqnozu özünü doğrultdu. Artıq bəzi məktəblərdə bu müstəvidə ticarətə start verilib.
Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 198 №li tam orta məktəb 1937-ci ildə uyğunlaşdırılmış formada tikilib istifadəyə verilmişdir. Üçmərtəbəli bina 280 yerlik nəzərdə tutulsa da, kənd ərazisində sakinlərin artması nəticəsində hal-hazırda 751 nəfər şagird 31 sinifdə təhsil alır. Məktəbin ərazisi 6100 kv.m., binanın ərazisi isə 1032 kv.m.-dir. 1800kv.m-lik futbol meydançası bu ərazi daxilindədir. İki növbəli və 6 günlük iş rejimi ilə işləyən məktəbdə 18 sinif otağı vardır. Hal-hazırda 60 pedaqoji kadr və 20 texniki işçi burada fəaliyyət göstərir. 1990-cı ildən bu təhsil ocağı kənd sakini, yazıçı Eynulla Xankişi oğlu Ağayevin adını daşıyır.
Ancaq pedaqoji kollektiv və şagird kontingenti nə qədər kiçik görünsə də, belə çıxır məktəb direktoru Nadirova Şəlalə Əsgər qızının gəlirləri böyükdür ki, bahalı "Range Rover" avtomobili sürür. Aydın məsələdir ki, direktor halal maaşı ilə bu cür dəbdəbəli həyat tərzi keçirə bilməz. Bildirilir ki, məzunların ali məktəbə qəbul göstəricilərini daim diqqət mərkəzində saxlayan direktor repetitor yanına gedən yuxarı sinif şagirdlərin həftədə cəmi iki gün dərsdə görünmələrini yetərli sayıb və üzərlərinə düşən yükün çoxluğunu nəzərə alaraq onlara dərs buraxmaq imtiyazı verib. Amma əlbəttə ki. umduğu təmənna qarşılığında. Məktəb rəhbəri valideynlərlə bazarlaşmada onlara məlum yeni dəyişikliyə əsasən tətbiq olunan cərimələrin həftəlik 100 manat təşkil edən cəriməni xatırladıb və onları bu məbləği bir ayın şərti kimi kəsib.
O da başa düşüləndir ki, Şəlalə müəllimə bütün bu və rəvac verdiyi digər qanunsuzluqlar barədə araşdırma məqsədilə ona verdiyimiz suallara kəskin reaksiya nümayiş etdirdi və tənqidə dözümsüzlüyünü bəri başdan ortaya qoydu: "Nə sizin, nə də nazirin pulu ilə almamışam Rancroveri!.."
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024