Mobil versiya
O kənd, bizim kəndimizdi
Tarix: 21-10-2020 | Saat: 10:03
Bölmə:Yazar4 | çapa göndər

O kənd, bizim kəndimizdi



AMEA FƏLSƏFƏ İNSTİTUTU HƏMKARLAR TƏŞKİLATININ SƏDRİ ASYA ƏHMƏDOVANIN İŞĞALDAN AZAD EDİLMİŞ KƏNDLƏRİMİZƏ HƏSR ETDİYİ ŞEİR


O kənd, bizim kəndimizdi

(Şeir Zəngilan rayonu Məmmədbəyli kəndinin timsalında işğaldan azad olan bütün kəndlərimizə həsr edilib)





Sağında Həkəri axan,

Üz tutub Araza baxan,

Kumqayadan qartal qalxan,

O kənd, bizim kəndimizdi.



Başında bulud sürünən,

Dumana, çənə bürünən,

Sarıtəpədən görünən,

O kənd, bizim kəndimizdi.



Çiçəkləri vaxtsız solan,

Çaylaqları qanla dolan,

Neçə ildi əsir qalan,

O kənd, bizim kəndimizdi.



İyirmi yeddi ildi tamam,

Düşmən tapdağında qalan,

Daş üstündə daş olmayan,

O kənd, bizim kəndimizdi.



Cəbhədədi əsgər balam,

Zəng edib deyir ki, Anam,

Bax, işğaldan azad olan,

O kənd, bizim kəndimizdi.



Bu nə sevinc, bu nə törən,

Eşitməyən varmı görən,

Qələbə sorağı gələn

O kənd, bizim kəndimizdi.



Gözün aydın doğma Vətən,

Düşmənlərin oldu pərən,

Üçrəngli bayraq bürünən,

O kənd, bizim kəndimizdi.



Göylərində qartal süzən,

Sularında sona üzən,

Vətən övladları gəzən,

O kənd, bizim kəndimizdi.



Yaşa, var ol Milli Ordum,

Azad oldu kəndim, yurdum,

Qələbə bayramı qurdum,

Bu kənd, bizim kəndimizdi.



(Kumqaya, Sarıtəpə - Məmmədbəyli kəndində yer adları)

12.10.2020



Məlumatlanmaq üçün Facebook səhifəmizi

52 736 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-12-2020
02-12-2020