Mobil versiya
Ermənilərin qətlə yetirdiyi Həsən Həsənov anıldı (VİDEO)
Tarix: 11-07-2015 | Saat: 20:10
Bölmə:Gündəm / Siyasət / Aia TV / Karusel | çapa göndər

Ermənilərin qətlə yetirdiyi Həsən Həsənov anıldı (VİDEO)
Onun meyiti Azərbaycan hökumətinin 3 aylıq danışıqlarından sonra geri qaytarıldı.
Bu gün işğal altında olan Azərbaycan torpaqlarında Ermənistan hərbi qüvvələri tərəfindən qətlə yetirilən Həsən Həsənovun ölümündən 1 il ötür. Həmin vaxt şəhidin nəşi ermənilər tərəfindən girov götürülmüşdü. Azərbaycan hökumətinin 3 aylıq danışıqlarından sonra ötən il oktyabrın 4-də Həsənin meyidini geri qaytarmaq mümkün oldu. O Binəqədi qəbristanlığında torpaqağa tapşırıldı. Həsənin anım günündə gənclər onun məzarına doğru yürüş keçirdilər. Onun il dönümü məzarı başında böyük izdihamla anıldı.

Mərasimdə öz ata -babalarının qəbrini ziyarət etdiyi üçün doğma torpağı Kələbəcərdə girov götürülən Şahbaz Quliyevin qardaşı da iştirak edirdi. O, girovların azad olunması üçün beynəlxalq təşkilatlara bir daha müraciət etdiklərini dedi.

Girov Şahbaz Quliyevin qardaşı İlham Quliyev aidiyyatı qrumlardan girovların azad olunması üçün əllərindən gələni etmələrini xahiş etdi.

Artıq bir ildən çoxdur ki, girov yaxınlarının və ümumilikdə Azərbaycan hökumətinin kömək tələbi cavabsız qalıb. Ötən ilin iyul ayında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı qurulan əsassız məhkəmə şousunu bütün dünya susqunluqla izlədi.

Baxmayaraq ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoria Nuland Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistan prezidenti ilə görüşündə girovlar məsələsinə toxunmuşdu. Amma xanım Nulandın “humanitar jest” təklifi hələ də havada qalıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun taleyi ilə maraqlanacağı barədə etdiyi açıqlama da hələ ki, yalnız bəyanat olaraq qalir.

Dünya birliyinin Azərbaycana və azərbaycanlılara qarşı nümayiş etdirdiyi ikili yanaşma fonunda dövlət girovları azad etmək üçün səyləri davam etdirir.

İki gün əvvəl baş nazirin müavini Əli Həsənov girovların azad olunması məsələsini BQXK sədri ilə müzakirə etmişdi. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri bu istiqamətdə bütün güclərin səfərbər olunduğunu bəyan edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə