Mobil versiya
Əsgərimizin cəbhədə ard-arda uğurlar qazanması yaralarımıza məlhəm kimi gəlir - Gəncə xanı Cavad xanın nəslinin davamçısı
Tarix: 20-10-2020 | Saat: 09:59
Bölmə:Gündəm | çapa göndər

Əsgərimizin cəbhədə ard-arda uğurlar qazanması yaralarımıza məlhəm kimi gəlir -



Gəncə xanı Cavad xanın nəslinin Malayziyada yaşayan davamçısı Kazım Cavadxanlı Ermənistana sərt çağırış etdi.

Trend-in məlumatına görə, tarixi Gəncə xanı Cavad xanın nəslinin hazırda Malayziyada yaşayan davamçısı, tanınmış beyin cərrahı Kazım Cavadxanlı Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi hərbi təcavüzkarlığı, o cümlədən Gəncə şəhərinə raket hücumlarını kəskin şəkildə pisləyib.

Bu məqsədlə ölkəmizin Malayziyadakı səfirliyi ilə telefon əlaqəsi saxlayan soydaşımız müxtəlif yerli və beynəlxalq KİV-də Ermənistanın Gəncədə törətdiyi qanlı hadisələr barədə gördüyü süjetlərdən dəhşətə gəldiyini, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əməllərinin birmənalı olaraq müharibə cinayəti olduğunu qeyd edib.

K.Cavadxanlı bildirib: “Görünür, Ermənistan rəhbərliyi beynəlxalq hüquqla yanaşı, tarixi həqiqətlərə də məhəl qoymur. Azərbaycan xalqının, rəşadətli Azərbaycan igidlərinin tarixdəki oxşarsız şücaətlərini nə tez belə unudublar? Şanlı keçmişimizdən bilirik ki, Azərbaycan xalqının dostluğu nə qədər möhkəm, qonaqpərvərliyi nə qədər mehribandırsa, qəzəbi də o qədər şiddətlidir. Bir neçə gün bundan əvvəl Gəncə hadisələrində olduğu kimi, günahsız körpələri, qocaları, qadınları gecə yarısı amansızca qətlə yetirmək dünyanın hər bir ölkəsində lənətlə qarşılanır. Ermənistan rəhbərliyi gec-tez bütün bunların cavabını verəcəkdir. Lakin bu ağır günlərdə Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və məğrur siyasəti nəticəsində Azərbaycan əsgərinin cəbhədə ard-arda uğurlar qazanması yaralarımıza məlhəm kimi gəlir. Sevinirik, qürur duyuruq. Mən bütün soydaşlarmıza ən qısa zamanda mütləq qələbə arzulayıram. Əminəm ki, o qələbə uzaqda deyil”.

K.Cavadxanlı həmçinin Ermənistanın hərbi təxribatları zamanı həlak olan soydaşlarımızın yaxınlarına başsağlığının, eləcə də yaralılara şəfa diləyinin çatdırılmasını xahiş edib.

Ölkəmizin Malayziyadakı səfiri Qaley Allahverdiyev bu nəcib münasibətə görə K.Cavadxanlıya təşəkkür edib, bu gün yaşadığı yerdən asılı olmayaraq dünyadakı soydaşlarımızın bir amal, bir qayə uğrunda birləşərək Vətən müharibəsində Azərbaycana verdiyi hər bir dəstəyin önəmli olduğunu bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5213 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-11-2020
23-11-2020