Mobil versiya
Hulusi Akar Zakir Həsənova zəng etdi
Tarix: 17-10-2020 | Saat: 14:52
Bölmə:Manşet / Siyasət | çapa göndər

Hulusi Akar Zakir Həsənova zəng etdi


Türkiyənin Müdafiə Naziri Hulusi Akar və Azərbaycanın Müdafiə Naziri General Zakir Həsənov arasında telefon danışığı baş tutub.

AİA.Az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi Feysbuk hesabında məlumat verilib. Telefon danışığı zamanı hər iki ölkənin Müdafiə nazirləri Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün başlatdığı əməliyyatlarla bağlı son vəziyyət müzakirə edib.

Hulusi Akar Füzuli şəhərinin işğaldan azad edilməsi və mülki yaşayış məntəqələrini atəşə tutan Ermənistana məxsus iki SU-25 döyüş təyyarəsinin məhv edilməsi münasibətilə Azərbaycan Ordusunu təbrik edib.

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024