Mobil versiya
Tural Gəncəliyev AŞ PA-nın komitə iclasında erməniləri susdurdu
Tarix: 16-10-2020 | Saat: 17:40
Bölmə:Siyasət | çapa göndər

Tural Gəncəliyev AŞ PA-nın komitə iclasında erməniləri susdurdu



Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin onlayn iclası keçirilib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından Trend-ə verilən məlumata görə, iclasda erməni nümayəndə heyətinin üzvləri ölkəmizin əleyhinə əsassız ittihamlar səsləndiriblər.

Erməni deputatlarının ardınca çıxış edən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Tural Gəncəliyev tutarlı faktlarla erməniləri susmağa məcbur edib.

İcma rəhbəri avropalı parlamentarilərin diqqətinə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə mülki əhalinin atəşə tutulması, çoxmənzilli binaların dağıdılması, Tərtər rayonunda dəfn mərasimi keçrilən qəbristanlığın raket atəşinə məruz qalması və nəticədə mülki insanların həlak olması, döyüş bölgəsində AZTV-əməkdaşlarının atəşə tutulması faktlarını çatdırıb.

T.Gəncəliyev bütün bunlarla yanaşı, Şuşa sakini olduğunu və Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi üzündən 28 ildir öz yurduna qayıda bilməməsini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Onun çıxışını olduğu kimi diqqətinizə çatdırırıq:

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024