Mobil versiya
XİN: Maykl Pompeonun fikirləri ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi statusuna uyğun gəlmir
Tarix: 16-10-2020 | Saat: 16:16
Bölmə:Siyasət | çapa göndər

XİN:


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Maykl Pompeonun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə münasibət bildirib.

XİN-dən aia.az-a verilən açıqlamada deyilir:

"Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Maykl Pompeo bu ilin 15 oktyabr tarixində “WSB Atlanta” televiziya kanalında Erik Erikson Şou verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət Katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil.

Bu fikirlər, həmçinin ABŞ-ın ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024