Mobil versiya
AHİK-in nümayəndə heyəti Türkiyədə keçirilən Qurultayda iştirak edir
Tarix: 11-10-2020 | Saat: 13:01
Bölmə:Manşet / Siyasət | çapa göndər

AHİK-in nümayəndə heyəti Türkiyədə keçirilən Qurultayda iştirak edir


Oktyabrın 10-da İstanbulda Türkiyənin Otel Yeməkxana Dincəlmə Yerləri İşçiləri Həmkarlar İttifaqı-Toleyisin XIV Qurultayı öz işinə başlayıb.

“Həmkarlar ittifaqı mübarizənin yüksələn ulduzu Toleyis” mövzusunda baş tutan tədbirdə Türkiyə ilə yanaşı Azərbaycan və Albaniyanın nümayəndə heyətləri də iştirak edirlər.

Qurultayda ölkəmizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) qurumun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Qurultayda çıxış edən S.Möhbalıyev hər zaman olduğu kimi son günlər Ermənistan-Azərbaycan təmas xəttində Ermənistan tərəfinin təxribatları nəticəsində baş verən qarşıdurmada da qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayaraq deyib: “Mən bu baxımdan Türkiyənin Həmkarlar İttifaqına da öz təşəkkürümü bildirirəm. Bu tədbirdə də Dağlıq Qarabağ haqqında çıxış edən və qardaş dəstəyi göstərən hər kəsə minnətdaram. Mən əminəm ki, Türkiyədə elə bir insan ola bilməz ki, hər gün xəbərləri, münaqişə bölgəsindəki son hadisələri izləməsin və qüdrətli Azərbaycan Ordusunun uğurları, əldə etdiyi irəliləmələrə sevinməsin. Türkiyə xalqı hərzamankı kimi yenə də Azərbaycana öz dəstəyini əsirgəmir. Hamımız bilirik ki, 1988-ci ildən başlayaraq Ermənistan tərəfindən Azərbaycan torpaqlarına qarşı işğal siyasəti həyata keçirir. Artıq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonu olmaqla 20 faiz torpağı erməni işğalı altındadır. Azərbaycan Dövləti tərəfindən bu işğala son verilməsi üçün bir çox tədbirlər görülüb. On minlərlə insan şəhid olub, on minlərlə insan əlil qalıb. Buna baxmayaraq bir çox ölkə təcavüzkar Ermənistana dəstək oldu. Bütün bunların qarşısında məsələnin sülh yolu ilə həll olunması istiqamətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başlatdığı danışıqlar yolu bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilib. Lakin işğalçı Ermənistan tərəfi bu günədək öz təxribatçı əməllərindən əl çəkmir. Bunun qarşısında son günlər baş verən hadisələr bir daha Azərbaycan Ordusunun gücünü və qüdrətini, Azərbaycan Prezidentinin və xalqının iradəsini bütün dünyaya nümayiş etdirdi”.

Tədbirdə çıxış edən Toleyisin rəhbəri Cemail Bakındı və digərləri qardaş Azərbaycana öz dəstəklərini ifadə ediblər.

Tədbirdə qurultay nümayəndələri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıblar.

Tədbir iki gün davam edəcək.







AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024