Mobil versiya
Könül Nurullayeva: Ermənistanın Azərbaycanın şərtlərini yerinə yetirməkdən başqa yolu qalmır
Tarix: 06-10-2020 | Saat: 09:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

Könül Nurullayeva: Ermənistanın Azərbaycanın şərtlərini yerinə yetirməkdən başqa yolu qalmır



Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı düşmənə sarsıdıcı zərbələrlə müşaiyət olunur. Artıq Ermənistan ordusunda xaos və fərarilik halları pik həddə çatıb. Son 1 həftə ərzində Ermənistanda 4000-dən çox fərarilik faktının qeydə alınması, 2000 nəfər barəsində cinayət işinin açılması orada vəziyyətin hansı həddə olduğunu təxmin etməyə imkan verir.

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, bu, o deməkdir ki, erməni əsgəri və gəncləri artıq özgə torpağında ölmək istəmir:

"İşğalçı ölkənin baş naziri Nikol Paşinyan isə atəşkəsin bərpa olunmasına can atır. Amma Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, atəşkəs müəyyən şərtlərlə təmin edilə bilər və sadəcə, atəşkəsin bərpa edilməsi məsələsi müzakirə mövzusu ola bilməz. Əslində, Azərbaycanın 30 ilə qədər işğalçı ilə bir masa arxasında sülh danışıqları aparması ən böyük güzəşt idi. Lakin Ermənistan bu vəziyyəti, atəşkəsin verdiyi imkanları düzgün dəyərləndirə bilmədi. İntensiv şəkildə təxribatçı addımlarla münaqişənin sülh yolu ilə həllinə mane oldu".

Deputat deyib ki, bu gün isə Azərbaycanın konkret və haqlı tələbləri var və Ali Baş Komandan İlham Əliyev bu tələbləri "TRT Haber" televiziyasına müsahibəsində də təkrarladı - bizə çox ciddi zəmanətlər verilməlidir:

"Beynəlxalq vasitəçilər bu zəmanətləri təsdiq etməlidirlər. Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq qrafiki bizə verilməlidir. Yalnız belə olduğu halda hərbi əməliyyatların dayandırılmasından söhbət gedə bilər. Azərbaycanın bu şərti əslində büynəlxalq hüquqa söykənir və indiki şəraitdə Ermənistan rəhbərliyinin Azərbaycanın haqlı şərtlərini yerinə yetirməkdən başqa yolu qalmır. Paşinyan eyni zamanda "Qarabağ Ermənistan deyil" söyləməklə Azərbaycan xalqından üzr istəməlidir. Bu da Azərbaycan xalqının haqlı tələbidir. Çünki Dağlıq Qarabağı Ermənistan kimi təqdim etməyə çalışan Paşinyan bu təxribatçı mövqeyi ilə Azərbaycan xalqı qarşısında, 1 milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımız qarşısında məsuliyyət daşıyır. Bu məsuliyyətsiz bəyanatın bədəlini isə Paşinyan xalqımızdan üzr istəməklə ödəyə bilər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024