Mobil versiya
Brayza: Ermənistan Azərbaycanı cavab hücumlarına vadar etmək üçün şəhərlərdə mülki obyektlərə zərbələr endirir
Tarix: 05-10-2020 | Saat: 12:01
Bölmə:Siyasət | çapa göndər

Brayza:



Ermənistan Azərbaycanı cavab hücumlarına vadar etmək üçün Azərbaycan şəhərlərində mülki obyektlərə zərbələr endirir.

Bunu Trend-ə ATƏT Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

O bildirib ki, Ermənistan Azərbaycanın mülki obyektlərinə çarəsizlikdən hücum edir:

“Ermənistan Azərbaycanın əks-həmlə fəaliyyətinin uğurlarını görür və başa düşür ki, buna müqavimət göstərmək gücündə deyil. Ermənistanın iki məqsədi var: birincisi, Azərbaycanı Ermənistanda mülki obyektlərə cavab hücumlarına vadar etmək. Bu, baş nazir Nikol Paşinyanın fikrincə, münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və Rusiyanı cəlb etməyə imkan yaradacaq. İkincisi isə, erməni tərəfinin məqsədi Azərbaycan xalqını qorxutmaqdır”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024