Mobil versiya
Məmur narkodilerlə iş birliyində ittiham olundu - İDDİA
Tarix: 29-03-2016 | Saat: 12:17
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Məmur narkodilerlə iş birliyində ittiham olundu - İDDİA

Apardığımız araşdırma nəticəsində Qazax RİH-nin şöbə müdiri Məmməd Alıyev barədə bəzi maraqlı açıqlamalar əldə etmişik. Məsələn, öyrənmişik ki, Məmməd Alıyev 15 ildən artıq müddət ərzində Qazaxda narkobaron kimi tanınan, “Gidi” ləqəbli Hidayət adlı şəxsin bacanağı ilə şərikli yanacaqdoldurma stansiyası açır. Bildirilir ki, Məmməd Alıyev Qazaxda məşhur “Akasiya” restoranının qarşısında yerləşən və bu məqsədlə alınmış ərazinin sənədləşmə işlərini öz boynuna çəkməklə bu obyektə şərik olacaq.

Bir neçə gün bundan əvvəl isə, Röyşən Hüseynovun artıq birbaşa ölkə rəhbərliyinə ünvanladığı və surətini təqdim etdiyi şikayət ərizəsində Məmməd Alıyevin yarıtmaz fəaliyyətinə dair bəzi digər açıqlamalar da yer aldı. Bu xüsusda ərizədə deyilir: “Möhtərəm cənab Prezident! Sizin sahibkarlığın inkişafına göstərdiyiniz qayğı və verdiyiniz dəstək hər zaman bizim üçün stimuldur. Məhz Sizin dəstəyinizə güvənərək, hər il bizim rayonda yeni sahibkarlar formalaşır və ölkəmizin inkişafına hər birimiz öz fəaliyyətimiz ilə töhvə verməyə çalışırıq. Bizim ailə Sizin siyasətinizi hər zaman dəstəkləyir və daim dəstəkləyəcək. Biz də sahibkarlıqla məşğul olmağa başlayan insanlar olaraq, bu təşəbbüslərə çox sevinirik. Möhtərəm cənab Prezident! Mən, Röyşən Hüseynov, 30.09.2015-ci il tarixdə bizim 3 ailəyə məxsus olan pay torpaqlarının üzüm sahəsinin dövlət aktlarını və 10 baş iri buynuzlu mal-qaranı "Bank Respublika" Tovuz filialına girov qoyaraq, təsərrüfatımızın inkişafı üçün 3 il müddətinə 10000 (on min) manat güzəştli kredit götürmüşük, bizim ailələrimizə məxsus kənt təsərrüfatını genişləndirmək üçün. Amma təsüf ki, bizim fəaliyyətimizə mane olanlar var.

Qazax Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyevin göstərişi və himayədarlığı ilə sabiq Qazaxbəyli bələdiyyəsinin sədri Südabə Alıyeva və müavini Mahir Yusifov tərəfindən saxta sənədlər düzəldilərək, bizə məxsus olan üzüm sahəsi, torpağın təyinatını dəyişərək hər biri 8 sot olamqla 3 nəfər Qazaxbəyli kənd vətəndaşlarına həyətyanı torpaq sahəsi kimi, qiymətindən 10 qat artıq baha pula satmışlar. Bu haqda adiyəti orqanlara şikayət etməyimizə baxmayaraq şikayətimizə baxan yoxdur.

Ona görə ki, bu işin arxasında Məmməd Alıyev kimi İcra orqanı məmuru durur. Nəzərinizə çatdrıram ki, Məmməd Alıyev Qazağın keçmiş İcra başcısı, Rauf Hüseynovun birbaşa kadrıdır və məhz onun təşəbbüsü ilə bu vəzifəyə təyin olunmuşdur. Rauf Hüseynovun ən fəal pul yığanlarından idi. Indi isə, Məmməd Alıyev Qazax şəhərində məşhur Gidi ləqəbi ilə tanınan narkobaronun bacanağı, Mamed adlı şəxslə iş birliyi qurmuşdur. Keçmişdə benzin daşıyan Qaz-53 şoferi olan Mamed bacanağı Gidinin hesabına Qazaxın mərkəzində (“Akasiya” restoranının qarşısında) və Qazaxın birinci Şıxlı kəndi ərazisində, yolun kənarında nəhəng yanacaqdoldurma məntəqəsi açmışdır. Bu yanacaq doldurma məntəqəsinin istifadəçiləri Avropaya çıxışı olan Tir avtomobilləridir. Bu tirləri isə türk, rus və digər əcnəbi sürücülər idarə edir. Hər gün 100 ədəddən çox tir orda yanacaq doldurur. Hər bir tirin doldurduğu yanacağın qiyməti isə, 700-800 dollar civarındadır. Həmçinin tir sürücüləri ordan yataqxana kimi istifadə edirlər.

Yanacaq doldurma məntəqələrinin hər ikisinin adı “Turan”dır. Mamed öz qızının adına bu yanacaq doldurma məntəqəsini qoyub. Hər iki yanacaqdoldurma məntəqəsinin qiyməti 10000000 (on miliyon) dollar dəyərindədir. Yanacaqdoldurma məntəqələrinin avadanlıqları isə, Türkiyədə hazırlanıb və gətirilib, quraşdırılıb. Mütəxəssislər də Türkiyədən dəvət olunublar. Bu pulların hamısı narkotik vasitələrin satışından və dövriyyəsindən əldə olunub. Onu da qeyd edim ki, yanacaqdoldurma məntəqəsi ilə yolun arasında məsafə 32 metr olmalıdır halbuki, burda məsafəni cəmi 5 metr qoyublar və burda hər an faciə baş verə bilər. Həmçinin ən yaxın yaşayış evindən də yanacaqdoldurma stansiyasının məsafəsi cəmi 12 metrdir. Aidiyatı olan qurumlar bəs hara baxır?! Mənim də günahım odur ki, mən müharibə veteranıyam, belə iryənc işlərdən kənaram, ona görə də bu günkü gün məni küncə sıxıblar və bu işbaz məmurlar mənim bir başa evimin içinə müdaxilə edirlər”.
Həmçinin əldə etdiyimiz məlumatlarda bildirilir ki, hələ Milli Təhlükəsizlik Nazirliyinə Namiq Abbasovun rəhbərlik etdiyi dövrdə həbs olunmuş Hidayət (Gidi) bir müddət bundan əvvəl cəzaçəkmə müəssisəsindən buraxıldığı vaxt, bacanağı Mamed tərəfindən ona qiyməti 100 min ABŞ dolları olan cip avtomobili hədiyyə edilmişdir. Bundan başqa isə, bizimdovr.az-a açıqlama verən mənbənin sözlərinə görə, bu gün Qazaxın mərkəzində fəaliyyət göstərən “bakcell” telefon mağazası da Mamedə məxsusdur. Eyni zamanda da, Məmməd Alıyevlə iş birliyində olan bu şəxslər hazırda Bakının Qaradağ rayonu ərazisində də növbəti yanacaqdoldurma stansiyasının inşasını həyata keçirirlər.
Artıq qeyd olunduğu kimi, bu gün regionlarda sahibkarlığın daha da inkişaf etdirilməsi yönümündə dövlət başçısı tərəfindən birbaşa rayon icra hakimiyyəti orqanlarının başçılarına qəti tapşırıqlar verildiyi halda, Qazaxbəyli bələdiyyəsinin sədri tərəfindən hazır fəaliyyətdə olan, həm də üzümçülük kimi perspektivli sahəni inkişaf etdirən sahibkar təsərrüfatının faktiki olaraq dağıdılması və icra hakimiyyətinin bu sahəyə görə bilavasitə məsuliyyət daşıyan rəsmisinin də bu özbaşınalıqlara qahmar çıxması əslində son dərəcə yolverilməz bir haldır! Bütün bunlara rəğmən Qazax RİH-nin başçısı cənab Ayaz Əsgərovun hələ də öz mövqeyini ortaya qoymaması isə, problemin daha dərin köklərə malik olması anlamına gəlir.\\bizimdovr.az\\

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənə bilərik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024