Mobil versiya
DEKAN ALLAHVERDİYEV - FAKÜLTƏYƏ ALLAHIN VERDİYİ BƏLA
Tarix: 29-03-2016 | Saat: 11:49
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər


Gəncə Dövlət Universitetində yer alan qanunsuzluqlar barədə indiyədək çox deyilib, çox yazılıb. Amma bütün yazılanların təhlilindən çıxan nəticələrdən biri də budur ki, oxumayan və eyni zamanda pulu olmayan tələbənin semestr imtahanları sonucunda rektorun qəbul otağından daha bir çıxış yolu var - hansısa sözü keçən adam tərəfindən tapşırılmaq, himayə olunmaq. Universitetin kimya-biologiya fakültəsində isə hətta bu üçüncü yolun da bağlandığı bildirilir. Redaksiyamıza daxil olmuş gileyli-güzarlı məlumata görə, İsfəndiyar Cavid oğlu Allahverdiyev əsarəti altına aldığı fakültəyə dekan deyil, sözün həqiqi mənasında Allahın verdiyi bəladır. Fakültə də dedikdə, əlbəttə ki, auditoriya, divarlar, kimyəvi preparatlar deyil, təhsilin obyekti olan tələbələr nəzərdə tutulur.

Məlumatda o da qeyd olunur ki, Allahverdiyev dəbdəbəli məclislərinə meyllidir və ay ərzində qonaqlıq və ziyafətlərə 2-3 min manat civarında pul xərcləyir ki, bu da onun aldığı məvaciblə əsla mümkün deyildir. Bu tərs mütənasiblik belə qənaətə gəlməyə əsas verir ki, İsfəndiyar müəllimin harama sərf etdiyi kapitalı elə haram gəlirləri hesabına formalaşır. Və belə bir məntiq tamamilə ağlabatan görünür ki, məlum iqtisadi tənəzzülün fonunda əhalinin gəlirlərinin, eləcə də tələbələrin (onların valideynlərinin) rüşvət vermək iomkanlarının azalmasından dolayı, bir yandan da istifadə etdiyi konfort xidmətlərinin qiymətinin artması səbəbindən, Allahverdiyev də öz növbəsində güzəştsiz korrupsiya siyasəti yürüdür və rektor Yusif Yusibovun özünün də sözünü eşitmir. Yəqin ki belə kompromissiz vəziyyət uzun sürə bilməz və İsfəndiyar bəyin də "ipini yığan" tapılar.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024