Mobil versiya
ƏƏSMN -də Heybət İmanovun “audit bazarlığı” - İTTİHAM
Tarix: 21-09-2020 | Saat: 14:18
Bölmə:Manşet / Ölkə | çapa göndər

ƏƏSMN -də Heybət İmanovun “audit bazarlığı” -



"Ölkə prezidenti hər çıxışında məmurun xalqa xidmət etməli olmasını dönə-dönə təkrarlayıb , özünün “1 nömrəli xalq xidmətçisi” olduğunu vurğulayır. Di gəl, məmurlar, deyəsən, prezidenti eşitmirlər. Özəlliklə, adından göründüyü kimi, əhalinin sosial müdafiəsini təmin etməyə görəvləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial məmurları əlillərə, pensiyaçılara qənim kəsilib".

aia.az: Bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.

Daha sonra məqalə müəllifi yazır: "ƏƏSMN -in hesabatları xidmətdən yox, pensiyaların, əlillik qruplarının kəsilməsindən ibarət olur. Özü də məhkəmə qərarı olmadan, şifahi göstərişlə əlilin, pensiyaçının dərman , çörək pulundan məhrum edilməsi insanlarda qanunun aliliyinə, hüququn üstünlüyünə, bir sözlə dövlətə və onun başçısına inamı sarsıdır, rüşvətxorluq, korrupsiya kimi neqativ hallara yol açır. Özbaşınalıq o həddə çatıb ki, hətta pensiya təyin edilməsi haqqında dövlətin adından çıxarılan məhkəmə qərarlarının icrasını da ƏƏSMN -in Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanovun şifahi göstərişi ilə Dövlət Sosial Müdafiə Fondunun pensiya ödəyən qurumları dayandırır. (?)

Yaşar Əliş oğlu Nəzərovun güzəştli şərtlərlə pensiya təminatı haqqında iddiasını 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (hakim Rüstəm Kərimli ) 30 noyabr 2015-ci il tarixli 2-1 (82)-3597/2015 saylı qərarı ilə təmin edib. Hər iki yuxarı instansiya -Bakı Apellyasiya Məhkəməsi ( hakimlər E . Nağıyeva, H.Həmidov ,E.Vəliyeva) və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası ( sədrlik edən və məruzəçi hakim A. Hüseynov, hakimlər İ. Dadaşov və K. Bədəlov ) müvafiq olaraq 05.04.2016-ci il tarixli 2-1 (103)-361/16 saylı və 15.12.2016-cı il tarixli 2-1 (102)-1128/16 saylı qərarları ilə aşağı instansiyanın qərarını qüvvədə saxlayıb. Yəni 4 ildir dövlətin adından çıxarılan məhkəmə qərarı qüvvədədir! Bir neçə gün öncə isə yataq xəstəsi pensiyaçıya ƏƏSMN -indən zəng edərək audit şöbəsinin müdiri Heybət İmanovun göstərişi ilə pensiya ödənişinin verilməsi haqqında məhkəmə qərarının icrasının dayandırıldığı bildirilib. Belə çıxır, Heybət İmanovun göstərişi Konstitusiyadan da üstündür, ən yüksək hüquqi qüvvəyə malikdir? Yoxsa, Heybət İmanov özünü prezident elan edib şah sayır? Bu məmur bilmir ki, ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR? Bilmir ki, ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Qanunun – Konstitusiyanın 129-cu maddəsinə görə, MƏHKƏMƏ QƏRARLARI DÖVLƏTİN ADINDAN ÇIXARILIR VƏ İCRASI HAMIYA MƏCBURİDİR? Bilmir ki, MƏHKƏMƏ QƏRARININ İCRA OLUNMAMASI QANUNLA MÜƏYYƏN EDİLMİŞ QAYDADA MƏSULİYYƏT YARADIR? Deyəsən, bilmir. Bilsəydi, ƏƏSMN -də “audit bazar(lığ)ı” açmazdı. Fakt budur ki, sosial məmurun şifahi göstərişləri ƏƏSMN -də qanundan da, Konstitusiyadan da üstün sayılır. Onu da vurğulayaq ki, özünə saxta 2-ci dərəcəli əlillik dərəcəsi təyin etdirən auditin rəisinin əlil “həmkarlarınn” əlillik dərəcələrini ləğv etdirməsi də absurddur. Amma Heybət İmanov bu absurdluğu məmur həmkarlarının köməyi ilə həll edərək özünün əlillik dərəcəsini ləğv etdirib. Maraqlıdır, Heybət İmanov qanunsuz əlilliyə görə aldığı vəsaiti geri qaytarıbmı?

ƏƏSMN -də Heybət İmanovun audit özbaşınalığı davam edir. Sosial məmur neçə-neçə pensiyaçının məhkəmə qərarı ilə təyin olunmuş pensiyasının ödənilməsinə qadağa qoyub. Yəqin ki, nazir Sahil Babayevin bu özbaşınalıqdan xəbəri yoxdur. Çox güman, bu yazıdan sonra ƏƏSMN -də Heybət İmanovun göstərişləri yox, Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olacaq".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.(dia.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5529 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-10-2020