Mobil versiya
Həmkarlar milli birlik ideyasının əsas daşıyıcılarıdır
Tarix: 17-09-2020 | Saat: 16:30
Bölmə:Təhsil | çapa göndər

Həmkarlar milli birlik ideyasının əsas daşıyıcılarıdır




ATİAHİ İsmayıllı rayon komitəsinin fəaliyyəti təşkilat üzvlərinin hüquqlarının müdafiəsi baxımından yüksək qiymətləndirilir


Bu gün COVİD-19 pandemiyası ilə mübarizə mövzusu hələ də bütün dünya üçün ən aktual məsələlərdən biri olaraq qalmaqdadır. Sevindirici haldır ki, Azərbaycan bu ümumbəşəri bəla ilə mübarizədə ən az itki verən ölkələrin sırasında öncül mövqelərdə yer almışdır. Əlbəttə ki, bu nəticə başda Ölkə Prezidenti cənab İlham Əliyev olmaqla dövlətimiz tərəfindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin effektivliyi sayəsində əldə olunmuşdur. Həmçinin qürurverici bir hal olaraq belə bir məqamı da xüsusilə qeyd etmək olar ki, bu mübarizə şəraitində bütün Azərbaycan xalqı, Ölkə Prezidenti cənab İlham Əliyevin çağırışına səs verərək, həqiqətən də möhtəşəm birlik nümayiş etdirməkdədir.


O cümlədən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə ilk günlərdən, həm də ən aktiv şəkildə iştirak edir. Belə ki, AHİK və onun tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 29.588 aztəminatlı ailəyə 1.305.748 manatlıq, o cümlədən 76 şəhər və rayonda yaşayan 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatları paylamışdır. Yaşı 65-dən çox olan ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 1.959.881 manat məbləğində maddi yardım göstərmiş, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 351 min 056 manatlıq qoruyucu vasitələr paylanmışdır. Bu müddətdə yalnız AHİK tərəfindən ehtiyacı olan həmkarlar ittifaqı üzvlərinə 302.979 manat maddi yardım göstərilmişdir. Eyni zamanda həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizə Fonduna ianələr etmiş, Fonda həmkarlar ittifaqları tərəfindən 477.760 manat vəsait köçürülmüşdür. AHİK-in üzv təşkilatları 900.748 manat öz sahələri üzrə aztəminatlı ailələrə maddi yardım və ərzaq yardımları göstərmişlər. Ümumilikdə, Azərbaycan həmkarlar ittifaqı təşkilatları tərəfindən koronavirusla mübarizəyə və eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 4.204.445 manatdan çox vəsait xərclənmişdir.




Təbii ki, pandemiya ilə mübarizədə AHİK-nın bu aktiv iştirakı həm də quruma üzv olan həmkarlar ittifaqlarının və onların rayon və bölgələrimizdə fəaliyyət göstərən komitələrinin səmərəli fəaliyyətləri ilə təmin edilir. Belə rayon təşkilatlarından biri də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı rayon komitəsidir. Qeyd edək ki, bu gün ATİAHİ İsmayıllı rayon komitəsinin xidmətində 68 orta ümumtəhsil (əsas, ibtidai, səkkizilliklə birlikdə) məktəbi, 10 uşaq bağçası, 1uşaq yaradıcılıq mərkəzi, 1 uşaq gənclər idman məktəbi, 1 şahmat məktəbi, 1 ekoloji tərbiyə və tədris mərkəzi və 1 təhsil şöbəsi olmaqla cəmi 85 müəssisə və təşkilat vardır. Bu idarə və müəssisələrdə işləyənlərin ümumi sayı 2700 nəfərdir ki, onların da hamısı (tələbələrlə birlikdə) həmkarlar ittifaqına üzvdürlər. Hafiz Kərimovun rəhbərlik etdiyi bu komitənin fəaliyyətində diqqəti cəlb edən əsas məqamlardan biri də hər dərs ilinin sonuna yaxın istedadlı şagirdlərin mükafatlandırılması, onlara qiymətli hədiyyələrin təqdim edilməsidir. Təbii ki, bu şagirdlərin yetişməsində müstəsna xidmətləri olan müəllimlər də diqqətdən kənarda qalmırlar. Keçən il 194 nəfər şagird və 9 nəfər müəllim komitənin təsis etdiyi mükafatlara layiq görülmüşdü. Bu il isə pandemiya ilə bağlı onlayn təbrik etməklə 75 nəfərə həmkarlar ittifaqının könüllüləri vasitəsi ilə evlərdə mükafatlar təqdim olunub.

Həmçinin pandemiya dövründə komitə tərəfindən imkansız və yaşı 65 dən yuxarı olan ittifaq üzvlərinə könüllülər vasitəsilə köməkliklər göstərilmişdir. Belə ki, mart ayından bu vaxta kimi 216 nəfər imkansız ailələrə ərzaq yardımları verildi, 125 nəfərdən çox xəstə və imkanı zəif olan ittifaq üzvlərinə pul maddi yardımları bank hesablarına köçürüldü. aundan əlavə koronovirus fonduna da əmək haqqının 50 faizi miqdarında köməklik edildi və bütün təhsil müəssələrində maarifləndirmə işləri təşkil olundu. Bundan başqa ATİAHİ İsmayıllı rayon komitəsi xəstəliyi və sağlamlığında yaranmış hər hansı problemlə əlaqədar müracıət edən ittifaq üzvlərini respublika komitəsinin köməkliyi ilə sanatoriya və istirahət evlərinə yollanışlarla təmin edir. Keçən il 95 nəfər bu il isə hələlik 25 nəfərin müraciəti təmin olunmuşdur.



Bunu da qeyd etmək lazımdır ki, Hafiz Kərimovun rəhbərlik etdiyi bu qurum ittifaq üzvlərinin sosial hüquqlarının qorunmasını təmin edilməsi istiqamətində də səmərəli iş aparır. Təkcə keçən il 7 nəfər qanunsuz işdən çıxarılmış işçilərin hüquqları komitənin səyləri nəticəsində bərpa edilmişdir. ATİAHİ İsmayıllı rayon komitəsi tərəfindən bir neçə halda işçilərin əmək şəraitinin yaxşılaşdırılması ilə əlaqədar məsələlərə vaxtında müdaxılə edilmiş və bir neçə məktəbin yenidən tikilməsınə nail olunmuşdur. Gəraybəyli, Lahıc qəsəbə tam, Gəndov, Tağlaniyan ümumi, Maçaxı, Zetvə ibtidai modul məltəbləri yeni istifadəyə verilmişdir. Təşkilata üzv olan müəssisələr əməyin nühafızəsi ilə əlaqədar AHİK-nın keçirdiyi müsabiqələrdə iştirak etmiş, keçən il Cülyan kənd, bu il isə şəhər 1 saylı tam orta məktəbi müsabiqənin qalibi olmuş və AHİK-nın xüsusi diplomu ilə təltif olunmuşdur. Komitənin 4 ilk təşkilatı respublika komitəsinin keçirdiyi “Ən yaxşı həmkarlar təşkilatı” müsabiqəsinin qalibi olmuş və fəxri diplom və mükafata layiq görülmüşdür.

Göründüyü kimi, ATİAHİ İsmayıllı rayon komitəsinin fəaliyyəti Hafiz Kərimov tərəfindən düzgün istiqamətləndirildiyinə görə yuxarıda sadaladığımız məsələlərin həlli bu qurumun əməkdaşları üçün heç bir çətinlik törətmir. Biz də gələcək işlərində bu təşkilatın rəhbərliyinə və bütün kollektivinə yeni-yeni uğurlar diləyirik.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

7952 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2020
22-10-2020