Mobil versiya
M.Məmmədov: “Sanatoriyalara güzəştli yol vərəqələri əməkdaşlara məbləğin 15 %-i ödənilməklə verilir”
Tarix: 16-09-2020 | Saat: 16:10
Bölmə:Ölkə | çapa göndər

M.Məmmədov: “Sanatoriyalara güzəştli yol vərəqələri əməkdaşlara məbləğin 15 %-i ödənilməklə verilir”



AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutu Həmkarlar İttifaqı Komitəsinin sədri Məmməd Məmmədovun saytımıza verdiyi müsahibəni oxucularımıza təqdim edirik.


Qısa arayış:

Məmməd İsa oğlu Məmmədov 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almış, 1976-cı ildən hal-hazıra kimi AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda çalışır. Hal-hazırda həmin institutda «Mineral gübrələr» laboratoriyasının müdiridir. Aqrar elmlər üzrə elmlər doktorudur. 2009-cu ildən AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun HİK-nin sədridir.

- Məmməd müəllim, bildiyimiz qədərilə çalışdığınız bu institutun Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçildiyiniz ilk gündən artıq həmkarlarınızın iş şəraitlərinin yaxşılaşdırılması yönümündə mühüm addımlar atmısınız. Bu barədə bir qədər ətraflı məlumat verə bilərsinizmi?

- Adından da göründüyü kimi, bizim çalışdığımız Torpaqşünaslıq və Aqrokimya İnstitutunda istənilən halda əməkdaşlar müxtəlif kimyəvi maddələrlə, o cümlədən insan orqanizmi üçün zərərli olan preparatlarla da işləməli olurlar. Bu isə əmək qanunvericiliyində nəzərdə tutulmuş zərərli iş şəraiti kateqoriyasına aid edilir. Məhz bu səbəbdən də 2009-cu ildə İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri seçildiyimdən dərhal sonra, ilk gördüyüm iş məhz zərərli şəraitdə işləyən əməkdaşlar üçün müəyyən imtiyazlara nail olmaq oldu. Bu məqsədlə mən həin vaxt Əmək və Əhalinin Sosial müdafiə və Maliyyə Nazirliklərinə müraciət etdim və əldə olunan razılaşma əsasında zərərli şəraitdə işləyən əməkdaşların əmək haqlarına 20 % məbləğində əlavə müavinət ödənilməyə başlandı. Həmçinin zərərli şəraitdə işləyən əməkdaşlar ildə bir dəfə tibbi müayinədən keçirlər.

- Ümumiyyətlə əməkdaşlarınızın HİK xətti ilə istirahətlərinin təşkili və ehtiyacı olanlara yardım göstərilməsi kimi məsələlər necə həll olunur?

- İlk növbədə əməkdaşların müraciətləri əsasında mütəmadi olaraq Qalaaltı, Şamaxı, İsmayıllı və s. rayonların istirahət məkanlarına turist səfərləri təşkil olunur. Təbii ki, bu deyilənlər pandemiyadan əvvəlki dövrə aiddir. Həmçinin əməkdaşların səhhətləri ilə əlaqədar uyğun sanatoriyalara güzəştli yol vərəqələri, yəni məbləğin 15 %-i ödənilməklə verilir. Qeyd etməliyəm ki, ilk növbədə şəhid ailələri, Böyük Vətən və Qarabağ müharibəsi iştirakçıları sanatoriyalarda müalicə üçün yol vərəqələri ilə təmin olunurlar. Bundan başqa Yeni il və Novruz bayramı şənliklərində istirahət etmək üçün körpə övladları olan əməkdaşlara göndəriş vərəqələri və Novruz sovqatları verilir. 8 Mart Beynəlxalq Qadınlar günündə xanım əməkdaşlara hədiyyələr verilir. Qurban bayramlarının keçirilməsini xüsusilə qeyd etmək istərdim. Rusiyada yaşayan xeyirxah gənclərimizin maliyyə dəstəyi ilə hər il Qurban bayramında Bilgəh Qocalar evi, Şağan qəsəbəsində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin, Əlillərin Romanı Reabilitasiya Mərkəzi, Zabratda 18 yaşa çatmayan uşaqlar üçün sığınacaq, şəhid və maddi çətinliyi olan ailələr, o cümlədən institut əməkdaşlarına 14-15 iri buynuzlu (dana) kəsilərək (təqribən 3000 kq) qurban payı verilir. Aztəminatlı və maddi çətinliklərlə qarşılaşmış institut əməkdaşlarına müraciətləri əsasında maddi yardımlar olunur.


- Məmməd müəllim, İnstitutunuzda gənc alim və mütəxəssislərlə iş hansı səviyyədə qurulub və onlara kifayət qədər qayğı göstərilirmi?

- Bilirsiniz ki, Azərbaycan Respublikasında həyata keçirilən gənclər siyasətinin əsas məqsədləri cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, onların təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməkdir. Deməliyəm ki, bu illər ərzində institutumuzda da gənclərimizin hərtərəfli inkişafı, elmə cəlb olunması üçün müavfiq işlər görülmüşdür. İnstitutun Gənc alim və magistr tələbələrinə xüsusi diqqət yetirilir. Magistraturaya daxil olmuş tələbələr kompüter və pul vəsaiti ilə mükafatlandırılırlar. Müsabiqələrdə yüksək yer tutmuş doktorantlar da nəzərdə tutulmuş mükafatlardan kənarda qalmırlar.
Fəaliyyətimizin nizamlanması üçün hər ilin əvvəlində müvafiq smeta hazırlanıb təsdiqlənir və bu sistem əsasında HİK-nin həyata keçirəcəyi tədbirlər nizamlanır.


- Ətraflı müsahibənizə görə təşəkkür edirik və inanırıq ki, bundan sonra da rəhbərlik etdiyiniz həmkarlar təşkilatının fəaliyyəti hər zaman yeni uğurlarla müşayiət olunacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

2474 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2020
19-10-2020