Mobil versiya
Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirib
Tarix: 15-09-2020 | Saat: 17:57
Bölmə:Ölkə | çapa göndər

Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirib


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birgə Şirvan şəhərində özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aia.az-a verilən məlumata görə, onlar həssas əhali qruplarından olan Samirə Abbasovanın, Gülnarə Xəlilovanın, Əvəza Ağayevin və Şəlalə Rzayevanın proqram çərçivəsində verilmiş mal və materiallar hesabına yaratdıqları müəssisələrin (qadın gözəllik salonu, dərzi sexi, avtoyağlama, un məmulatları istehsalı müəssisəsi) fəaliyyəti ilə tanış olublar.

S.Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramının məqsədi aztəminatlı ailələrin kiçik sahibkarlığa çıxışına dəstək verməkdir. Onların ailə bizneslərini qurmalarına, bununla da rifah halını yaxşılaşdırmalarına imkan yaratmaqdır. Bu il özünüməşğulluq proqramı daha da genişləndirilir. Cari ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb olunması və biznes planları müsbət dəyərləndirilənlərin aktivlərlə təminatı işləri aparılır.

Nazir qeyd edib ki, Şirvan şəhərində də ötən il əsasən həssas əhali qruplarından olmaqla 182 nəfər proqrama cəlb olunub. 2020-ci ildə bu rəqəm daha çox olacaq və bu ilin ötən dövründə artıq 152 nəfər proqrama qoşulub. Onlardan artıq bir qisminə aktivlər də verilib. Bu il də proqrama cəlb edilənlərin böyük hissəsi əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, məcburi köçkünlər, müharibə veteranları, aztəminatlı, habelə əsasən çoxuşaqlı ailələrin üzvləri və b. təşkil edir.

Proqram iştirakçıları onların sahibkarlığa çıxışına və sosial rifahına göstərdiyi böyük dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar bu kiçik müəssisələrini inkişaf etdirmək üçün səylə çalışdıqlarını vurğulayıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024