Mobil versiya
Türkiyə səfiri: “Bu gün Azərbaycan və Türkiyənin müstəqilliyinə görə Qafqaz İslam Ordusuna borcluyuq”
Tarix: 15-09-2020 | Saat: 11:06
Bölmə:Manşet / Siyasət | çapa göndər

Türkiyə səfiri:


“Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü ilə bu böyük bayram Azərbaycana, Türkiyəyə, bütün türk millətinə mübarək olsun”.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Anadolu türkünün yox edilmək istənildiyi bir dönəmdə Osmanlı dövləti ən yaxşı əsgərlərini müxtəlif cəbhələrdən çəkib Azərbaycana göndərib:

“Bu, bizim qardaşlığımız baxımından çox böyük bir tarixi hadisədir. Osmanlı öz varlığını düşündüyü qədər Azərbaycan türkünün də varlığını düşünərək ordu göndərdi. Bu gün bizim iki dövlətimiz müstəqil, qardaş olaraq yaşayırsa, “bir millət, iki dövlətik” deyə biliriksə, biz bunu Qafqaz İslam Ordusuna, Bakının işğaldan azad edilməsinə borcluyuq”.

Səfir qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan olaraq eyni şəkildə bizim əleyhimizə çıxanlara qarşı biz birlikdə daha güclüyük:

“Türkiyə ilə Azərbaycan hər haman bir millət iki dövlətdir və qardaşdır”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

9296 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2020
17-09-2020