Habil Qurbanov: “Fəaliyyətimizin düzgün istiqamətlənməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası mühüm rol oynayır”
Tarix: 11-09-2020 | Saat: 16:12
Bölmə:Karusel / Ölkə | çapa göndər
Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovun saytımıza verdiyi müsahibəni oxucularımıza təqdim edirik.
Qısa arayış:
Habil Qurbanov 1984-1986 illərdə Bakı Milis Məktəbində qiyabi bölmənin rəisi, 1986-1990 illərdə məktəbin rəis müavini vəzifələrində çalışmışdır. O, 1990-cı ildə prokurorluq orqanlarına işə qəbul edilmiş, Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsində prokuror, böyük prokuror vəzifələrində çalışmışdır. 1994-1995 illərdə Qaradağ rayon prokurorunun müavini, prokuror əvəzi, 1995-1997 illərdə Dəvəçi (Şabran) rayon prokuroru, 1997-2001-ci illərdə respublika prokurorluğunda cəza yerlərində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifələrində çalışmışdır.
1988-ci ildə Moskvada SSRİ DİN-nin Akademiyasının dissertantı kimi, "Cinayət hüququ" sahəsində dissertasiya işini müdafiə edərək, hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. 1997-ci ildə Moskvada Rusiya Federasiyası Baş Prokurorluğunun İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib, RF-nın hüquq elmləri doktoru diplomunu almışdır. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ona hüquq elmləri doktoru, 2010-cu ildə isə professor elmi adı diplomlarını vermişdir.
Alim 230 elmi məqalənin, 12 monoqrafiyanın, 5 dərs vəsaitinin müəllifidir. Onlardan 3 monoqrafiya və 55 elmi məqalə xarici ölkələrdə dərc olunmuşdur.
AMEA Fəlsəfə və Hüquq İnstitutunun "Elmi əsərlər" beynəlxalq elmi-nəzəri, DİN Polis Akademiyasının elmi-nəzəri, "Qanun" elmi-hüquq jurnallarının, həmçinin Rusiya Federasiyasının Ədliyyə Naziyliyi nəzdindəki Hüquqi İnformasiyalar Elmi Mərkəzinin «Правовая информатика», Moskva şəhərinin "ЮНИТИ-ДАНА" nəşriyyatının "Государственная служба и кадры", "Закон и право", "Образование. Наука. Научные кадры", "Мониторинг правоприменения" jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir. Moskva şəhərində akademik İ.N.Bloxin adına Beynəlxalq Elmi-Təcrübə Birliyinin nəzdində yaradılmış Dissertasiya Şurasının üzvüdür. 2017-ci ildən Rusiya Professorlar Cəmiyyətinin üzvüdür. 2018-ci ildə "Avropa Nəşr Mətbuat Evi" mükafat komissiyasının qərarı ilə hüquqi sosial normalar sistemində baxış, hüquqi münaqişələr, multikulturalizmin konstitusiya əsasları, qanunvericilik aktlarının iqtisadi təhlükəsizlik məsələləri sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, müstəqil Azərbaycanın dövlət idarəçilik sisteminin banisi Heydər Əliyev ideyalarının sədaqətlə yerinə yetirilməsində və ölkədə hüquq elminin inkişafında göstərdiyi xidmətlərinə görə nəşr olunan "Cəmiyyət və sosio-hüquqi problemlər" adlı monoqrafiyası "Ən yaxşı tədqiqat əsəri Qızıl medalı" ilə təltif olunmuşdur.
- Habil müəllim, ilk növbədə bu gün ölkəmizdə müşahidə olunan dinamik inkişaf və dövlət tərəfindən davamlı olaraq həyata keçirilən sosialyönümlü islahatlar barədə fikirlərinizi bilmək istərdik.
- Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir və onun layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində Respublikamızda ictimai həyatın bütün sahələrində dinamik inkişafa nail olunmuşdur. Hər bir Azərbaycan vətəndaşı həyata keçirilən bu sosial yönümlü islahatların bəhrəsini öz üzərində hiss etməkdədir. İslahatların əsas məqsədlərindən birini də dövlətin bütün sferalarında, idarə və müəssisələrdə stimullaşdırıcı inkişaf mexanizmlərinin uğurlu tətbiqi, yeni islahat reformalarına cavab vermək təşəbbüsləri təşkil edir. Bu baxımdan, Azərbaycan elminin bayraqdarı, ziyalı mühitimizin ocağı sayılan Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə yeni ciddi məqsəd və vəzifələr düşür. Cənab Prezidentin müasir tələblərə cavab verən çağırışları AMEA rəhbərliyi, çoxminlik kollektivi tərəfindən tam olaraq dəstəklənmiş və akademiyanın ümumi fəaliyyətində yeni iş prinsipləri, tendensiyalar işlənib hazırlanmışdır. AMEA-da yenilənmə, kadr və struktur islahatları, əməkdaşların fəaliyyətininin stimullaşdırmasına xidmət edən yeni fəaliyyət proqramı hazırlanaraq həyata keçirilməkdədir. Əməkdaşların sosial rifahının daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir və bu məsələ AMEA-nın bütün strukturları üçün prioritet tələb kimi qoyulub. Bu baxımdan, AMEA Həməkarlar İttifaqının üzərinə xüsusi bir məsuliyyət düşür. Belə ki, çoxminlik akademiya kollektivinin sosial problemlərinin həlli, korporativ fəaliyyətlərinin təşkili daha çox Həmkarlar İtifaqının fəaliyyət çevrəsinə aid olan məsələlərdəndir.
- Rəhbərlik etdiyiniz AMEA Həmkarlar İttifaqının fəaliyyətinin yönləndirilməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nə kimi rolu var?
- Bizim fəaliyyətimizin düzgün istiqamətlənməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası mühüm rol oynayır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) beynəlxalq arenada güclü, fəal və innovativ milli həmkarlar ittifaqları mərkəzi kimi təsdiq olunmaqda davam edir. AMEA Azad Həmkarlar İttifaqının akademiyamızın sosial və ictimai həyatında xüsusi yeri vardır. AMEA-nın Həmkarlar İttifaqı müsbət təsir gücünə malik olmaqla, akademiya əməkdaşlarının sosial-iqtisadi problemlərinin həllində yaxından iştirak edir. Ümumiyyətlə Həmkarlar təşkilatının cəmiyyətdəki rolu, mövqeyi, digər ictimai birliklkərlə əlaqələri və ictimai-siyasi proseslərə münasibəti mühüm əhəmiyyət kəsb edir.
- Sizin təşkilatın qarşısında duran başlıca vəzifələr hansılardır?
- Müasir dövrün çağırışları təşkilatımızın qarşısında çox ciddi vəzifələr və təcili həllini gözləyən məsələlər qoymuşdur. AMEA AHİ fəaliyyət istiqamətlərini aşağıdakı istiqamətlər üzrə qurmuş və əsasən elmi fəaliyyətin dəstəklənməsinə kömək məqsədi daşıyır:
•İdarəetmənin təşkili və əlaqələndirilmə;
•Əmək hüququ və aztəminatlı ailələrin müdafiəsi;
•Maddi yardımın təşkili;
•Mədəni-kütləvi tədbirlərin təşkili və idarə olunması;
•İstirahət zonalarına tur səfərlərinin təşkili;
•İdman və səhiyyə üzrə tədbirlərin təşkili;
•Gənclərlə iş və asudə vaxtın səmərəli təşkili;
•Müalicə müəssisələrinə və istirahət mərkəzlərinə yollayışlar.
- Pandemiya dövründə rəhbərlik etdiyiniz təşkilatın fəaliyyəti barədə nə deyə bilərsiz?
- Pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq AMEA-nın Prezidentinin Sərəncamına əsasən bütün institut və təşkilatlarda Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə dezinfeksiya işləri aparılmış, tibbi ləvazimatlarla, o cümlədən məsafədən ölçən termometr, maska, spirt, əlcək, antibakterial gel və s. təmin olunmuşlar. Bu xəstəlik Çində təzə yayılmağa başlayanda AMEA-nın İnstitut və Təşkilatlarında ərazi Sanitariya və Gigiyena Stansiyasının əməkdaşlarının cəlb edilməsi ilə profilaktik tədbirlər keçirildi. Bu pandemiya dövründə 1743 aztəminatlı əməkdaşa 51 min 823 AZN məbləğində ərzaq yardımı edilmişdir. Həmçinin, 316 nəfərə 15 min 100 AZN həcmində maddi yardım edilmişdir.
- AMEA Azad Həmkarlar İttifaqı təşkilata üzv olan insanların ictimai həyat tərzlərinin formalaşmasında nə kimi rol oynayır?
- Bizim çoxşaxəli fəaliyyətimizdə aşağıdakıları göstərmək olar. İlk növbədə keçirilən mədəni-kütləvi tədbirlər haqda demək istərdim. İl ərzində biz əməkdaşlarımızın azyaşlı uşaqları üçün Yeni il şənliklərinə hədiyyəli biletlər, həmçinin Akademik Milli Dram, Azərbaycan Dövlət Musiqili və Gənc Tamaşaçılar Teatrında göstərilən tamaşalara, Heydər Əliyev sarayında təşkil olunan konsertlərə pulsuz biletlər veririk. Bundan başqa, 8 Mart Beynəlxalq Qadınlar bayramında hədiyyələr (2020-ci ildə 3500 qadın əməkdaşa 55 min AZN məbləğində), Novruz bayramında müxtəlif tədbirlər keçirilir. Qurban bayramında da əməkdaşlar diqqətdən kənar qalmırlar. Faciəli günlərimiz də yaddan çıxmır. 20 Yanvar, Xocalı soyqırımı və 31 Mart soyqırımı günləri kollektivlərdə qeyd edilir və ehsan verilir. Aztəminatlı ailələrə əmək və müharibə veteranlarına, əlillərə, şəhid ailələrinə mütəmadi olaraq maddi yardımlar verilir. Yubileyləri qeyd edilən əməkdaşlara pul mükafatı və Fəxri Fərmanlar verilir. AMEA-da hər il AHİ-nin maliyyə dəstəyi ilə idman tədbirləri, 2 ildən bir İdman Spartakiadaları keçirilir. Qaliblərə pul mükafatı və kuboklar verilir. İnstitutların çoxunda Həmkarlar təşkilatlarının maliyyə dəstəyi ilə idman meydançaları, zalları qurulub və avadanlıqlarla təmin ediliblər. AHİ öz imkanları hesabına 2019-cu ildə Akademiya şəhərciyində Voleybol və Basketbol meydançası tikib hazırladı. Həmçinin əməkdaşların sağlamlığının qorunması da vacib məsələlərdəndir. Bizim təşəbbüsümüzlə hər il “MedEra” özəl Hospital və Z.Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun həkimləri əməkdaşlarımızın pulsuz müayinəsini aparırlar. AHİ-nin maliyyə dəstəyi ilə bütün institut və təşkilatlarda 17 adda ləvazimatlarla təchiz olunmuş tibbi güşələr yaradılmışdır.
- Habil müəllim, təşkilat üzvlərinə Sanatoriyalara yollanışların verilməsi işinin təşkili barədə nə deyə bilərsiz?
- Sanatoriya və İstirahət Mərkəzlərinə yollayışların verilməsi bizim üçün prioritet məsələlərdən biridir. AHİK tərəfindən 2019-cu ildə 351, 2020-ci ilin birinci rübündə 48 yollayış ehtiyacı olan əməkdaşlara növbəlilik əsasında verilmişdir. Bu göndərişlərin bir hissəsi pulsuz, qalanları isə əməkdaşlar tərəfindən ümumi məbləğin 15%-ni ödəməklə verilmişdir.Tədbirlərdən biri də Respublikanın şəfalı guşələrinə ilk Həmkarlar Təşkilatlarının maliyyə dəstəyi ilə gəzintilərin təşkil edilməsidir. Düzdür bu il məlum səbəblərdən bu tədbirlər baş tutmayıb. Ancaq 2019-cu ildə 3000 nəfərə yaxın əməkdaşlarımız Quba - Xaçmaz, Şamaxı - İsmayıllı, Zaqatala - Balakən, Lənkəran - Lerik, Gəncə - Göygöl, Qəbələ - Qax, Naxçıvan və digər bölgələrdə gəzintilərdə olmuşlar.
- Gördüyünüz bu işlərdə üzv olduğunuz AHİK öz dəstəyini göstərirmi və əgər göstərirsə, bu dəstək hansı formada təzahür edir?
- Məsələn, fəaliyyətimizdə vacib məsələlərdən biri də AMEA Gənc Alimlər və Mütəxəssislər, Qadınlar və Veteranlar Şuraları ilə birgə tədbirlərin keçirilməsidir. Hər il AMEA-nın bütün bölmələri üzrə Gənc alimlərin mühüm elmi nailiyyətlərinin əldə etmələrinin müsabiqəsi keçirilir və qaliblər pulla mükafatlandırılır. Bu işdə bizə AHİK həmişə dəstək olub, 2017-ci ildə 44 min AZN, 2018-ci ildə 20 min AZN və 2019-cu ildə 20 min AZN köməklik etmişdir. Ümumiyyətlə AHİK-in rəhbərliyi həmişə AMEA-nın tədbirlərinə, problemlərinə böyük diqqət və qayğı ilə yanaşırlar. Biz həmçinin 2018-2019-cu illərdə ərzaq Məhsullarının Tədarükü və Təhcizatı ASC-nin köməyi ilə AMEA-nın əməkdaşları üçün ərzaq və kənd təsərrüfatı məhsulları yarmarkası keçirirdik. 2017-2019-cu illərdə yay mövsümündə, Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya İnstitutunun bazasında “Elm” düşərgəsində əməkdaşlarımızın az yaşlı uşaqları üçün 4 növbədən ibarət istirahət günləri təşkil etmişik. Bu il məlum səbəbdən alınmadı.
AHİ-nin maliyyə dəstəyilə N.Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə həvəskar şair-yazıçı alimlərin yaradıcılığına həsr edilmiş “Qoşa Qanad” kitabı hər il nəşr edilir.
AHİK İcraiyyə Komitəsinin qərarı ilə 2016-cı il Aprel və 2020 Tovuz döyüşlərinin şəhid olmuş hərbçilərin 41 azyaşlı uşaqları himayəyə götürülmüş və onlara 18 yaşlarına qədər hər ay 150 AZN yardım edilir. Qeyd edim ki, bu uşaqlardan bir nəfəri də bizim himayəmizdədir.
-Habil müəllim, ətraflı müsahibənizə görə təşəkkür edirik və inanırıq ki, bundan sonra da rəhbərlik etdiyiniz qurumun fəaliyyətilə bağlı oxucularımızı hər zaman ürəkaçan məlumatlarla maraqlandıracaqsınız.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-10-2024