Mobil versiya
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti onlayn iclası keçirilib - FOTOLAR
Tarix: 09-09-2020 | Saat: 17:55
Bölmə:Manşet / Siyasət | çapa göndər

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti onlayn iclası keçirilib



Sentyabrın 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti onlayn iclası keçirilib.

İclasda komitə sədri Tahir Mirkişili və komitəyə daxil olan deputatlar Məşhur Məmmədov, Əli Məsimli, Şəki Rayon İH baçşısı Elxan Usubov, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Özbəkistan Respublikasının “Uzbekipaksanoat” Assosasiyasının sədri Baxram Şaripov və digər şəxslər iştirak edərək Azərbaycanda baramaçılığın inkişafı və perspektivi mövzusunda müzakirə apardılar.

İclasın əsas məqsədini rəqabətə davamlı digər təbii ipək məhsullarının istehsalının və satışının təkmilləşdirilməsi üzrə əməkdaşlıq, quru baramadan digər yan məhsulların əldə edilməsi, “Azəripək” MMC-də istehsal prosesinin təkmilləşdirilməsi və məhsulun maya dəyərinin aşağı salınması və keyfiyyətin yüksəlməsi, həmçinin ipəkçilik sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi, baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübə mübadiləsi təşkil edir.
Bildirildi ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na əsasən “Azəripək” MMC tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

Onlayn iclasda istehsal potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi ilə dünya bazarlarında rəqabətə davamlı daha keyfiyyətli xam ipəyin istehsal edilməsi habelə, yerli ipəkçilik məhsullarının satış həcminin artırılması üçün belə iclasların keçirilməsi və təcrübə mübadiləsinin aparılması qərara alınıb.

aia.az




aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024