Mobil versiya
"Heç bir məlumat verə bilmərik" - səhv diaqnoz qoyan "Turan" klinikadan - AÇIQLAMA
Tarix: 04-09-2020 | Saat: 15:13
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

"Heç bir məlumat verə bilmərik" - səhv diaqnoz qoyan "Turan" klinikadan - AÇIQLAMA





Xəbər verdiyimiz kimi Bakı şəhər sakini Kamilə Ələkbərova “Turan” klinikasından şikayət etmişdi. Şəhər sakini klinikada onu müayinə etdikdən sonra səhv diaqnoz qoyulduğunu bildirib:

“Mən indi xəstəyəm. Mənə lazım idi ki, zond udam, çünki iki ay müalicə olundum, həkim dedi ki, siz zond udmalısınız ki, müalicədən sonrakı fərqi görək. Biz Bakının Əhmədli qəsəbəsində yaşayırıq. Bilirsiniz ki, pandemiya dövrü olduğu üçün maddi vəziyyətimiz də yaxşı deyil. Mən də zond udmaq üçün “Turan” klinikasına getdim. İlk olaraq məni bir saat gözlətdirib dedilər ki, hələ həkim yoxdur. Sonra biz yuxarı mərtəbəyə qalxdıq, yenə yarım saat gözlədik və tibb bacısı çıxıb dedi ki, həkim 15 dəqiqədən sonra olacaq. On beş dəqiqədən sonra bir həkim gəldi və mənə zond uddurdu. Məsələ ondan ibarətdir ki, məndə on ildir ki, bel yırtığı var və bundan əziyyət çəkirəm, şiddətli ağrılarım olur. Bütün bunlara baxmayaraq həkim mənə dedi ki, sən sağlamsan. Sonradan biz bildik ki, bu həkim endoskopist yox, endokrinoloq imiş. Yəni klinika pul qazanmaq üçün öz həkimim olmasa da, yalnış həkimə göndərib. Bu müayinəyə altmış manat pul verdim. İndi başqa klinikaya müayinə üçün getməyə də pulum yoxdur. Klinika mənə deyir ki, ikinci dəfə endokrinoloqdan müayinədən keçmək üçün növbəti dəfə altmış manat ödəməlisən. Mən isə xahiş edirəm kömək edin, ya pulumu geri qaytarsınlar, ya da təyinatı üzrə məni dəqiq müayinə etsinlər”.

Məsələylə bağlı AİA.AZ-ın əməkdaşı klinikayla əlaqə saxlayıb. Klinikadan müdiriyət olmadığına görə, heç bir məlumat verə bilmədiyini bildirilib.

Joker
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024