Mobil versiya
Dünya birliyinin işgalçı Ermənistana və onun havadarlarına “dur” deməsinin əsil zamanıdır
Tarix: 03-09-2020 | Saat: 15:04
Bölmə:Siyasət | çapa göndər

Dünya birliyinin işgalçı Ermənistana və onun havadarlarına “dur” deməsinin əsil zamanıdır



İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri


Ermənistan öz xislətini daha bir mənfur niyyətini həyata keçirməklə göstərməkdədir. Belə ki, Livanın Beyrut şəhərində limanda baş vermiş dəhşətli partlayışdan sonra vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə etmək istəyən Ermənistan bu ölkədə yaşayan etnik ermənilərin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırılması planını bəyan edib. Bununla da işğalçı Ermənistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında həyata keçirdiyi etnik təmizləmənin nəticələrinin möhkəmləndirilməsi niyyətini gizlətmir.

Artıq Livandan olan iki erməni ailəsinin işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yerləşdirilməsi düşmən ölkə tərəfindən etiraf edilib. Amma bu addımı atanlar unudurlar ki, Azərbaycan ərazilərində Ermənistanın qeyri-qanuni məskunlaşdırma həyata keçirməsi beynəlxalq hüquqa ziddir. Bu, çox təhlükəli tendensiyadır və beynəlxalq hüquq normalarının kobudcasına pozulmasıdır. Beynəlxalq konvensiyalara nəzər salsaq görərik ki, 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və onun protokolunun tələbləri xain qonşularımız tərəfindən saya salınmır.

İşğalçı Ermənistanın əsas məqsədi Livandan işğal olunan bölgələrə süni köçlər vasitəsilə boş əraziləri iqtisadi cəhətdən canlandırmaq və yeni demoqrafik vəziyyətin yaradılması ilə gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri dönməsinə əngəl törətməkdir. Həmçinin faşist ideologiyasını özünün əsas qayəsinə çevirən Ermənistan Daglıq Qarabag münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqları pozmaq üçün müxtəlif manevrlərdən istifadə edir. Əslində bu köçürmə prosesinə Tovuz hadisələrinin davamı kimi də baxmaq lazımdır. Tovuz döyüşlərində məğlubiyyətindən sonra qorxaqcasına və müticəsinə yalvardıqları, qapısını döydükləri bir çox beynəlxalq Təşkilatlar o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) də onlardan imtina etdi. Minskdə baş verənlər, Paşinyanın tək buraxılması, heç kim tərəfindən ciddiyə alınmaması isə biabırçılığın pik nöqtəsi oldu. Bu bir faktdır ki, KTMT artıq Ermənistanın oyununa inana bilməzdi. Bu qurumdakı bütün dövlətlər Azərbaycanın dostları, tərəfdaşları, müttəfiqləridir və bu ölkələr Azərbaycanın əleyhinə heç bir addım atmadılar. Bununla da ermənilər və onların havadarları növbəti siyasi-diplomatik məglubiyyətə ugradılar.

Ermənistan dövləti və rəhbərliyi artıq çaşqınlıq içərisindədir və bu işgalçı dövlət tərəfindən atılan sərsəm addımlar da bunun göstəricisidir. ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza da öz açıqlamasında Ermənistanın Daglıq Qarabagda məskunlaşdırma siyasətini pisləyərək, bu addımın münaqişənin danışıqlar vasitəsilə həlli istiqamətinə yönələn ciddi əngəl kimi qiymətləndirib. Buna görə də Beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı məsuliyyət tədbirlərinin həyata keçirilməsi vacibdir. Artıq dünya birliyinin işgalçı Ermənistana və onun havadarlarına “dur” deməsinin əsil zamanıdır. Əks təqdirdə beynəlxalq konvesiyaların və qətnamələrin prinsiplərinin pozulması ənənə halını alacaq. Bu da beynəlxalq idarəetmə mexanizminin iflası deməkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024