Mobil versiya
Səhiyyə Nazirliyinin nümayəndələri COVID-19-la bağlı virtual görüşdə iştirak edib
Tarix: 01-09-2020 | Saat: 11:27
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Səhiyyə Nazirliyinin nümayəndələri COVID-19-la bağlı virtual görüşdə iştirak edib


Avqustun 31-də Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisi tərəfindən COVID-19 pandemiyası dövründə məktəblərdə təhlükəsiz və effektiv təhsil-tədris prosesinin təşkilinə həsr olunmuş ÜST-ün Avropa bölgəsindəki ölkələrin Səhiyyə Nazirləri və nazirliklər nümayəndələrinin iştirakı ilə onlayn müzakirələr təşkil olunub.

Onlayn formatda keçirilmiş görüş zamanı tədbirin əsas mövzusu ətrafında təcrübə mübadiləsi aparılıb, fikir və düşüncələr bölüşülüb və müxtəlif məsələlər müzakirə olunub.

Səhiyyə Nazirliyindən aia.az-a verilən məlumata görə, İtaliyanın Səhiyyə naziri Roberto Sperenzanın təşəbbüsü ilə həyata keçirilən bu onlayn görüş zamanı bir neçə iştirakçı ölkələrinin nümayəndələri bu məsələyə aid öz təcrübələrini bölüşüblər. BMT-nin Uşaq Fondunun (UNICEF), BMT-nin mədəniyyət, elm və təhsil sahəsi üzrə ixtisaslaşmış təşkilatı (YUNESKO), ÜST-ün Baş qərargahının və ÜST-ün Əməkdaşlıq Mərkəzlərinin ekspertləri də öz biliklərini bölüşüb və müzakirələrin koordinatorları kimi çıxış edib.

Azərbaycan Respublikasını təmsil edən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Sabinə Babazadə öz çıxışı zamanı onlayn görüş çərçivəsində aparılan müzakirə nəticələrinin ÜST-ün Avropa üzrə Regional Ofisi tərəfindən hazırlanan hesabatda öz əksini tapacağını bildirib. Bu hesabat COVID-19 pandemiyası dövründə təhlükəsiz və effektiv təhsil-tədris prosesinin planlaşdırması və təşkili kontekstində milli təhsil və səhiyyə qurumları üçün istinad sənədi və praktik məsləhət mənbəyi vasitəsi olacaq.

Beləliklə, yaxın günlərdə Səhiyyə və Təhsil Nazirlikləri tərəfindən məktəb və təhsil ocaqları üçün sanitar-epidimioloji tələblərə və əlavə təhlükəsizlik qaydalarına uyğun əsas iş prinsipləri müyyən edilib, ictimaiyyətə açıqlanacaq. Həmçinin, bütün təhsil içşiləri, valideynlər və məktəbliləri narahat edən ən aktul suallar cavablandırılacaq:

• Uşaqların COVID-19-dan qorunmasına dair hansı tədbirlər nəzərdə tutulub?

• Qripdən məcburi surətdə peyvənd keçiriləcək?

• Məktəblərdə zənglər və tənəffüs vaxtları nəcə tənzimlənəcək?

• Məktəblərdə yeməkxana, tibbi kabinet və soyunub-geyinmə otaqlarının fəaliyyəti necə qurulacaq?

• Fiziki tərbiyə dərslərinin təşkili necə həyata keçiriləcək?

• Günuzadılmış qrupların fəalliyəti nəcə qurulacaq?

• Məktəb dərnəkləri və seksiyaların fəaliyyəti necə təşkil olunacaq?

• Valideyn iclasları necə keçiriləcək?

• İndividual gigiyena vasitələrindən istifadə təşkil olunacaq?

• Məktəblinin COVID-19 virusuna yoluxması təqdirdə nə tədbirlər görüləcək?

• Sinif və ya məktəbin bağlanması hansı hallarda tədbiq ediləcək?

• Müəllimlər COVID-19 testindən keçiriləcək?

Pandemiya dövründə məktəblərdə effektiv təhsil-tədrisin dəstəklənməsi uşaqların sağlamlığı və rifahı üçün cox vacib və əhəmiyyətlidir. Lakin eyni zamanda, müvafiq tədbirlər barədə qərarların dərhal verilməsi və həyata keçirilməsi təhsil və səhiyyə sistemləri üçün böyük bir məsuliyyətdir. Hazırda bir sıra ölkə qarşısında koronavirusun məktəblilər arasında geniş yayılmamasının qarşısını almaqla yanaşı təhsil-tədris prosesində təhlükəsiz, səmərəli və effektiv məktəb mühitinin yaradılma məqsədi qoyulub.

Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə qeyd edib ki, COVID-19 pandemiyası şəraitində təhsil və səhiyyə sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar tətbiq etməli, yeni prosedurların hazırlanmasına ciddi önəm verməlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024