Mobil versiya
Türkiyə səfiri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasında olub
Tarix: 18-08-2020 | Saat: 14:19
Bölmə:Siyasət | çapa göndər

Türkiyə səfiri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasında olub



Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasında Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə icma üzvləri arasında görüş keçirilib.

İcmadan aia.az-a verilən məluata görə, İcma rəhbəri, millət vəkili Tural Gəncəliyev səfir E.Özoralı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasında görməkdən məmnun olduğunu bildirib.

Qeyd edilib ki, bir millət iki dövlət olan Azərbaycan və Türkiyənin birgə fəaliyyəti Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının haqq səsinin beynəlxalq aləmdə daha çox eşidilməsinə təkan verib. İcma üzvləri gələcəkdə bu istiqamətdə fəaliyyətin daha da genişlənməsi üçün təkliflərini səsləndiriblər.

E.Özoral bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq. Səfir Ermənistanın işğalı zamanı evlərindən didərgin düşmüş soydaşlarmızın tezliklə dinc şəraitdə geri dönəcəklərinə əminliyini bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024