Mobil versiya
Brayza: Ermənistana hərbi texnika tədarük etməklə Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində etimadı itirir
Tarix: 14-08-2020 | Saat: 13:20
Bölmə:Siyasət | çapa göndər

Brayza:



Ermənistana hərbi texnika tədarük etməklə Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində etimadı itirir.

Bunu Trend-ə ATƏT Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

O bildirib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin bir tərəfinə qarşı digər tərəfinə dəstəyi tamamilə qəbuledilməzdir:

“Əgər Rusiya bu cür davranmağa davam etsə, ATƏT Minsk qrupunun həmsədri kimi, digər sözlə obyektiv, qərəzsiz və ədalətli vasitəçi kimi etimadı itirəcək. Beləliklə, bu, ATƏT Minsk qrupunun həyat qabiliyyətliliyini şübhə altına alır”.

M.Brayza qeyd edib ki, bir il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan konstruktiv görüş keçirib:

“Amma hər şey bir neçə ay sonra, Paşinyan bütün əsas prinsiplərdən imtina edəndə və “Qarabağ Ermənistandır” deməklə hər şeyi yenidən başlamaq lazım olduğunu bəyan edəndə dəyişdi. Ermənistanın bu cür mövqeyi ilə heç kim nizamlanma üçün vasitəçi ola bilməz. Əgər bir tərəf prinsip etibarilə indiyədək razılaşdırılmış kompromislərdən imtina edirsə, heç kim münaqişəni uğurla həll edə bilməz”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024