Mobil versiya
Erməni təxribatları nəticəsində xarici ölkələrdə 53 soydaşımız xəsarət alıb - RƏSMİ
Tarix: 30-07-2020 | Saat: 13:42
Bölmə:Manşet / Siyasət | çapa göndər

Erməni təxribatları nəticəsində xarici ölkələrdə 53 soydaşımız xəsarət alıb -


"Erməni təxribatları nəticəsində xarici ölkələrdə 53 soydaşımız müxtəlif bədən xəsarətləri alıb”.

aia.az-ın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Onun sözlərinə görə, Niderland, Belçika, Polşa, ABŞ, Rusiya, Ukraynada vətəndaşlarımız xəsarət alıb:

"Onların indiki vəziyyəti stabildir. Hər biri ilə əlaqə saxlanılır. Ukraynada tələbələrlə bağlı məsələ nəzarətə götürülüb və araşdırma aparılır. Xəsarət alanlar içərisində Azərbaycan vətəndaşları, həmin ölkədə oturum alanlar və həmin ölkələrin vətəndaşları var”.

"Belçikada xəsarət alanların bir neçəsi Belçika və Niderland vətəndaşlarıdır. Vəkillərlə məsləhətləşmələr aparılır, istintaq davam edir. Yaxın zamanda ictimaiyyətə məlumat veriləcək ki, hansı iş üzrə vəkillər məşğul olur.

Azərbaycan vətəndaşları üçün prosedur qaydalar başqa, həmin ölkə vətəndaşları üçün isə bu qaydalar başqadır. Bütün işlər nəzarətimizdədir”, - deyə sədr qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024