Erməni faşizmi dünyanı təhdid edir
Tarix: 27-07-2020 | Saat: 17:54
Bölmə:Manşet / Siyasət | çapa göndər
Bu gün bütün dünya azərbaycanlıları tamamilə haqlı olaraq, Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatlarına öz kəskin etirazlarını bildirməkdədirlər. Əlbəttə ki, Azərbaycan ordusu bu təxribatların qarşısını alır, düşmən hər zaman olduğu kimi sarsıdıcı zərbələrə məruz qoyulur və bu, düşmən tamamilə susdurulana və torpaqlarımız bütünlüklə işğaldan azad olunana qədər belə də davam edəcəkdir. Lakin bu, heç də o anlama gəlməməlidir ki, biz ermənilərə qarşı ideoloji mübarizədən imtina etməliyik. Əksinə, bu gün, erməni faşizminin özündə artıq bütün dünyanı təhdid etməyə cəsarət tapacaq bir həddə gəlib çıxdığı bir məqamda, biz azərbaycanlılar dünya birliyinin diqqətini bu təhlükəyə yönəltməyə borcluyuq. Digər tərəfdən də ötən əsrin əvvəllərindən başlayaraq erməni terronun birbaşa hədəfinə çevrilmiş, bu mücadilədə saysız qurbanlar vermiş Azərbaycan xalqı erməni faşizminin vəhşi xislətini bütün dünyaya tanıtmaq üçün söz deməyə ən çox haqqı olan xalqdır.
Hələ 1905-1906-cı illərdə xalqımıza qarşı ilk dəfə öz çirkin niyyətlərini açıq biruzə verməyə başlamış ermənilər indiyədək nə işğalçılıq siyasətlərindən, nə də faşist ideologiyalarından bir addım belə olsa geri çəkilməmişlər. Əksinə, tarixin bütün dönəmlərində müxtəlif xarici ölkələrdə qurduqları təşkilatların fəaliyyətləri sayəsində həmin ölkələrdən aldıqları dəstək hesabına ermənilər getdikcə daha da azğınlaşmışlar. Bu gün də dünya birliyi Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartların tətbiqindən imtina etməyib. Bu isə erməni qəsbkarlarında cəzasızlıq sindromunu daha da gücləndirir və nəticə olaraq Azərbaycan əraziləri yenidən hücumlara məruz qalır, dünya ölkələri isə erməni vandalizmini canlı olaraq müşahidə etmək imkanı əldə edirlər. O cümlədən, son bir həftə ərzində erməni radikallarının Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, Niderland və Belçikadakı diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın təxribatlarına, işğalçı siyasətinə etiraz məqsədilə dinc aksiyalar həyata keçirən soydaşlarımıza qarşı aqressiv təxribatçı əməllərinə hələ ki, dünyanın “söz sahibləri” tərəfindən ciddi münasibət bildirilmir.
Lakin bu gün Azərbaycan da artıq nə XX əsrin əvvəllərindəki müstəmləkə bir əyalət, nə də həmin əsrin sonlarında öz müstəqilliyini yeni əldə etmiş, hələ də daxili çəkişmələrdən zəif düşən bir ölkə deyil. Bu gün Azərbaycan güclü iqtisadiyyatı, qüdrətli ordusu, aparıcı dünya ölkələri sırasında öz yeri və hər gün artan nüfuzu olan bir dövlətdir. Ən əsası da budur ki, bu gün Azərbaycan dövlətinin rəhbərliyində özünü yenilməz iradəsi və yüksək diplomatik məharəti sayəsində dünyanın ən mötəbər beynəlxalq təşkilatlarında nüfuz sahibi olmuş bir lider, möhtərəm Prezidentimiz cənab İlham Əliyev durur. Bütün bu amillər isə Azərbaycanın artıq uzun müddətdir ki, regionun lider dövlətinə çevrilməsini təmin etmişdir. Ali Baş Komandanımızın da dediyi kimi, Azərbaycan öz torpaqlarını hər an azad etməyə hazırdır və biz bunu mütləq edəcəyik. Lakin biz yenə də öz insanpərvərliyimizi nümayiş etdirərək, münaqişənin hələ də sülh yolu ilə həllinə çalışırıq. Bununla belə, özlərini dünya demokratiyasının az qala baniləri hesab edənlər bu gün erməni faşizminə göz yummaqla daha təhlükəli fəsadlara yol aça biləcəklərini anlamalıdırlar. Artıq erməni işğalçılarına onların layiq olduqları yeri göstərməyin və ilk növbədə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə qəbul olunmuş beynəlxalq qətnamələrin tələblərini icra etməyə erməniləri məcbur etməyin zamanı gəlib çatıb!
Məşhur Məmmədov
Millət vəkili,
Milli Məclisin İntizam Komissiyasının üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-01-2025