Mobil versiya
Dinc azərbaycanlılara qarşı erməni terrorunun qarşısı alınmalıdır
Tarix: 27-07-2020 | Saat: 12:37
Bölmə:Manşet / Siyasət | çapa göndər

Dinc azərbaycanlılara qarşı erməni terrorunun qarşısı alınmalıdır


Son vaxtlar radikal ermənilərin müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nüamyəndəliklərinə və soydaşlarımızın yaşadıqları ölkələrdə dinc aksiyalarına qarşı vəhşiliyi, vandalizmi, terror əməlləri getdikcə geniş vüsət alır. Özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən və Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun 26 ildən çoxdur ki, fəaliyyətsizliyi və ikili standartlardan yanaşması işğalçı ölkəni daha da azğınlaşdırıb.

Avropanın mərkəzində, eləcə də, Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində ermənilərin dünya birliyinin gözü qarşısında dinc aksiya keçirən azərbaycanlılara qarşı aqressivliyinin, faşistlərə xas olan qəddarlığının susqunluqla qarşılanması ikili standaratların göstəricisidir. Təəssüf ki, dünya birliyi hələ də ayrı- seçkilik, ikili standartlar mərəzindən xilas ola bilmir. Bununla yanaşı, son bir həftə ərzində erməni radikallarının Azərbaycanın Fransa, Böyük Britaniya, İşveç,Polşa, Avstraliya, Niderland və Belçikadakı diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12- dən başlayaraq, növbəti təxribatlarına etiraz məqsədilə həyata keçirilən dinc soydaşlarımıza qarşı aqressiv təxribatçı əməllərinə hələ də ciddi münasibət bildirilmir.

Uzun illərdir ki, Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı terror aktları beynəlxalq təşkilatlar tərəfindən sükutla qarşılanır. Dünyada analoqu olmayan Xocalı faciəsinin bu gün də beynəlxalq hüquqi qiymətini almaması, işğalçı ölkəni daha da azğınlaşdırıb. Ermənilərin bu tipli vandal aktları beynəlxalq təşkilatlar üçün yeni deyil. Xatırladım ki, 1970-1980 – ci illərdə ASALA və digər erməni təşkilatları tərəfindən törədilən saysız-hesabsız terror aktları nəticəsində minlərlə soydaşımız qətlə yetirlimiş və ya ömürlük şikəst olmuşlar. İndiyədək 22 ölkədə 235- dən çox terror aktı törədən radikal ermənilər soydaşlarımızla yanaşı, 24 türk diplomatını da qətlə yetiriblər. Göründüyü kimi, bu millətin mayası sanki terrordan, qətllərdən yoğrulub. Son hadisələr də bundan xəbər verir.

Ermənistanda sonuncu dəfə hakimiyyət dəyişikliyi baş verəndə və Nikol Paşinyanın ölkəyə rəhbərliyindən sonra həm yerli, həm də beynəlxalq ictimiyyətdə nəhayət, bu ölkədə də əsaslı siyasi dönüş yaradılacağına, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşılacağına ümid yaranmışdı. Ancaq baş nazirn meydan təfəkkürlü olması, siyasi səbatsızqlığı, riyakarlığı bu ümidləri puça çıxardı. Onun meydanlarda hakimiyyətə gələrsə, Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bütün imkanlardan istifadə edəcəyi barədə verdiyi vədlərin yalan olduğu bir daha özünü açıq şəkildə göstərir.

Son vaxtlar münaqişənin nizamlanmasında danışıqlar prosesində müşahidə olunan durğunluğun əsas səbəbkarı da N.Paşinyanın aqressivliyi, qeyri- konsrtuktiv mövqeyi və mövcud status- kvonu qoruyub saxlamaq cəhdidir. Onun ölkəyə rəhbərliyindən sonra baş verənlər, sərhədboyu ərazilərdəki təxribatlar, hərbçilərin və mülki vətəndaşların qətlə yetirilməsi Paşinyanın sələfləri-xunta rejimi ilə müqayisədə daha qəddar və aqressiv olduğunu sübut edir. Onun yersiz yerə Azərbaycanın işğal altındakı ərazilərinə səfərləri, hətta oğlunun da Dağlıq Qarabağda “hərbi xidmət keçməsi” münaqişənin daha da gərginləşdiriləcəyindən xəbər verirdi. Paşinyanın Azərbaycanın işğal altında olan ərazilərində keçirilən toplantılarda “Qarabağ Ermənistandır” – deməsi onun danışıqlar masasından birdəfəlik uzaqlaşmasına mesaj idi.

Təəssüf ki, həmişə olduğu kimi, bu dəfə də əksər beynəlxalq təşkilatlar seyrçi mövqe tutdu. Bu, Paşinyanı daha da arxayınlaşdırdı. Nəticədə “demokratiyanın beşiyi” adlandırılan Avropada radikal ermənilər dinc aksiya keçirən soydaşlarımızla amansız rəftar edərək, onlara ağır bədən xəsarətləri yetrdilər.

Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən bu vandal aktları beynəlxalq hüquq normalarına qarşı növbəti saymazlıqdır. Çünki 1961-cı ildə qəbul olunmuş Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi , eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir. Təəssüf ki, beynəlxalq təşkilatlar hələ də susur və bununla da Ermənistana işğalçı siyasətini davam etdirməyə rəvac verirlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciətində bu hadisələrin milyonlarla azərbaycanlı kimi, onu da dərindən hiddətləndirdiyini bəyan edib. Birinci xanım bildirib ki, azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib.

Müraciətdə də bildirilir ki, yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək, onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv əhval-ruhiyyəli erməni qrupları həmin vaxt azlıqda qaldığına görə, azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər. Bu qəddarlığı kəskin pisləyən Birinci vitse-prezident tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsinin nümunələrinin çox olduğunu xatırladıb və insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International”, “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıb. Birinci xanım bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün diasporlarımızın bütün potensialını birləşdirməyə çağırıb və deyib ki, bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır.

Könül NURULLAYEVA,
Milli Məclisin deputatı, AŞPA-dakı nümayəndə heyətinin üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025