Mobil versiya
"Qarabağ" Uroş Matiçi təqdim etdi
Tarix: 26-07-2020 | Saat: 12:32
Bölmə:İdman | çapa göndər

"Qarabağ" Uroş Matiçi təqdim etdi


"Qarabağ" daha bir transferini rəsmiləşdirib.

AİA.Az apasport.az-a istinadən bildirir ki, Ağdam klubu yarımmüdafiəçi Uroş Matiçi feysbuk səhifəsi vasitəsilə təqdim edib.

Artıq Bakıya gələn serbiyalı orta sahə oyunçusu klubun bazasında rəsmi sözləşməyə qol çəkib. "Kopenhagen"dən alınan Matiç 8 nömrəli formanı seçib. Bu formanı komandadan yenicə ayrılan Miçel uzun müddət daşıyıb.

Qeyd edək ki, "Qarabağ" yay fasiləsində eyni zamanda Emil Balayev, Kevin Medina və Vild-Donald Geryeni tranfer edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024