Mobil versiya
“Babam möhtəşəm villa tikdirmişdi, həyətində fəvvarəsi, hovuzu vardı” - Aqil Abbas
Tarix: 23-07-2020 | Saat: 16:36
Bölmə:Siyasət | çapa göndər

“Babam möhtəşəm villa tikdirmişdi, həyətində fəvvarəsi, hovuzu vardı” -



"Mənim Ağdamla bağlı xatirəm yoxdur. Ona görə ki, xatirə ölən adam haqqında olur. Ağdam mənim özüməm, ölməyib".
Bunu Azvision.az -a açıqlamasında millət vəkili Aqil Abbas doğma yurdu Ağdamdan danışarkən deyib. O, şəhərin işğaldan əvvəlki günlərindən söz açıb.

"Ağdam haqqında keçmiş zamanda danışa bilmərəm. Ağdam dünyanın ən varlı şəhəri idi, elə də qalacaq. "Dolu" romanınmda da Ağdamı təsvir etmişəm. Bu gün Bakıda salınan parklar, görülən abadlıq işləri Ağdamda 70-80-ci illərdən mövcud idi. Mənim babam 1956-cı ildə Knyaz Sərdarov 10 küçəsində möhtəşəm villa tikdirmişdi. Həyətində fəvvarəsi, hovuzu var idi. Görün ondan sonrakı illər nələr tikilmişdi. 1980-ci ildə Ağdamda 3 yerdə sanatoriya, istirahət mərkəzi tikilmişdi. Həmin istirahət mərkəzi, sanatoriya kənd camaatı üçün pulsuz, kənardan gələn turist üçün pullu idi. Taxıl, şampan, konyak zavodu, 4 texnikom, muğam məktəbi var idi. Respublikanın ən böyük zavodları Ağdamda idi.

Minski, Kiyevi yandırmışdılar, heç külü də qalmaışdı Onlar indi dünyanın ən gözəl şəhərləridir. Ağdamla da belə olacaq. Orada əvvəlkilərdən gözəl parklar salınacaq, zavodlar, mədəniyyət evləri tikiləcək".

A.Abbas Ağdamda, ata yurdunda sonuncu dəfə işğaldan 4-5 gün əvvəl olduğunu deyib.

"Həftədə iki dəfə evimizə gedirdim. Axırıncı dəfə Ağdama gedəndə gecə saat 2-də yolda məni Surət Hüseynovun qoşunu saxladı. Dedilər, hara gedirsən?. Dedim, ata yurduma, icazəm də var. Bir az mübahisə edəndən sonra evimizə getdim, səhəri gün Bakıya qayıtdım.

Ağdam işğal olan günü Qərvənddə idim. Maşına oturub yaxın kəndlərə getdik Atam da həmən gün işdə olmuşdu. O, Qarqarçaydan Ağcabədiyə keçmişdi. Könüllü batalyondan Ağdamda döyüşən Şirin Mirzəyevi, Allahverdi Bağırovu sui-qəsdlə minaya saldılar. Qatır Məmmədi tutub Bakıya gətirdilər. Bakıda türmədə asdılar. Onun oğlu Canpolad Rzayev Millli Qəhrəmandır. Atası öz oğlunun yasına gəlmədi. Səngərdə əsgərlərinin yanında döyüşürdü. Fred Asif ağır xəstə idi, yeriyə bilmirdi. Surət Hüseynov bütün yerli batalyonu çıxarmışdı. Camaat ortallıqda qalmışdı, əsgər yox idi. Bütün bunlar faktlardır. İndi də cəbhəboyu kəndləri gəzməyi xoşlayıram. İki həftədən bir Ağdama, Füzuliyə və Ağcabədiyə gedirəm".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024