Mobil versiya
Məşhur Məmmədov: “Prezident İlham Əliyevin gördüyü işlər bütün dünya üçün nümunədir”
Tarix: 23-07-2020 | Saat: 12:15
Bölmə:Siyasət / Seçilənlər-7 | çapa göndər

Məşhur Məmmədov: “Prezident İlham Əliyevin gördüyü işlər bütün dünya üçün nümunədir”


“İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə çıxış edən dövlət başçısı bildirib ki, bizim böyük iqtisadi potensialımız, buna paralel olaraq, güclü sosial siyasətimiz var”. Bu fikirləri SİA açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq olunan növbəti sosial paket onu göstərir ki, dövlət başçısı daim Azərbaycan vətəndaşlarının qayğısına diqqət və qayğı göstərir, onların sosial rifah halının durmadan yaxşılaşmasına çalışır.M.Məmmədov, xüsusilə şəhid ailələrinə və ərazi bütövlüyümüzün təmin olunması uğrunda sağlamlıqlarını itirənlərə, həmçinin aztəminatlı ailələrin problemlərinin daim diqqət mərkəzində olduğunu deyən dövlət başçımız son illər ərzində bu istiqamətdə çox böyük işlər görüldüyünü vurğulayıb. “Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, sizin üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, biz bu il bu sahədə ən böyük göstəriciyə nail ola bilmişik» - deyən ölkə Pezidenti görülən işlərin müqayisəsini də açıqlayıb: «Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır”.Millət vəkili bir daha qeyd edib ki, dövlətin apardığı işlərdə dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir, xüsusilə də sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramların icra olunduğunu təsdiqləyir: “Bu istiqamətdə icra olunan layihələr nəticəsində həmin kateqoriyadan olan minlərlə insanın sosial vəziyyəti daha da yaxşılaşır. Dövlətin bu sahədə gördüyü işlərə qayğı Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ən çox diqqət yetirdiyi sahələrdəndir. Xatırlayırsınızsa, 2017-ci il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilmişdi. Mehriban xanım həmin müşavirədə demişdi ki, qaçqınlara və məcburi köçkünlərə qayğı Azərbaycan dövlətinin fəaliyyətinin ən prioritet istiqamətlərindən biridir. Müstəqilliyimiz bərpa olunandan sonra ən ağır dövrlərdə, ölkəmizin inkişafının bütün mərhələlərində bu sahəyə dövlət tərəfindən böyük qayğı göstərilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində Fondun təşəbbüsü və dəstəyi ilə çox mühüm layihələr icra olunur. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır”.M.Məmmədov bu çətin pandemiya dövründə dünyada böhran davam etdiyi bir zamanda dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət etdiyi halda Azərbaycanın bu siyahıda adını olmadığını deyib: “Çünki Azərbaycan dövlət başçımızıe uğurlu və düşünülmüş siyasəti nəticəsində öz hesabımına yaşayır. Görüşdə də dövlət başçımız bu məsələyə toxunaraq bildirmişdi ki, neftin qiyməti kəskin aşağı düşməsinə baxmayaraq, bu işlər görülür: “Budur siyasət. Bu, bizim şəhid ailələrinə, şəhidlərin ruhuna olan hörmətimizdir”- demişdir”.Millət vəkili, həmçinin bildirib ki, həmişə olduğu kimi, bu gün də aramızda olan mənfur «müxalifətçiyəm» deyənlərin xalqımıza, dövlətimizə qarşı satqınçılıq, düşmənçilik niyyətlərinin şahidi oluruq: “Görüşdə də dövlət başçımız bu məsələyə toxunaraq deyib ki, neftin qiymətinin aşağı düşməsinə ancaq Ermənistan və AXCP törtöküntüləri sevinə bilər: “Mən demişəm, bir daha demək istəyirəm ki, qoy, Azərbaycan xalqı bunu bilsin və unutmasın. Birincisi, Ermənistan sevinir, çünki başa düşürlər ki, əgər bu tənəzzül davamlı olarsa, Azərbaycanın gəlirləri azalacaq, ona görə öz xərclərini azaldacaq, lazımi həcmdə silah-sursat ala bilməyəcək və beləliklə, zəifləyəcək və Ermənistan da bundan faydalanacaq. Buna Ermənistan sevinir, bu, təbiidir. Amma başa düşülən deyil ki, buna Azərbaycanın bəzi vətəndaşları, yaxud da ki, özlərini Azərbaycan vətəndaşı sayanlar sevinir.

Bu məlumat artıq ictimailəşib».M.Məmmədova bildirib ki, verilən vədlər əməli işlərdə özünü doğruldu və bu gün də həmin xeyirxah missiya uğurla davam etdirilir: “Bir sözlə, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət öz növbəsində inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Ölkəmizdə insan amili, onun rifahı, məşğulluğun təmin olunması, yoxsulluğun və işsizliyin aradan qaldırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Məhz bu kontekstdə Prezident İlham Əliyevin verdiyi qərarlar və görülən işlər bütün dünya üçün nümunədir. Bütün bunlar deməyə əsas verir ki, sosialyönümlü layihələrin icrası bundan sonra da uğurla davam etdiriləcək”.

sia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

52 106 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2020