Mobil versiya
Xalq Prezidentinə inanır və dəstəkləyir
Tarix: 22-07-2020 | Saat: 14:15
Bölmə:Manşet / Siyasət | çapa göndər

Xalq Prezidentinə inanır və dəstəkləyir



İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri


Ali Baş komandanın müraciətindən sonra qısa müddətdə əlli minə yaxın vətəndaşımız könüllü olaraq ordu sıralarına qoşulmaq üçün müraciət edib

12 iyul 2020-ci il Azərbaycan tarixində yeni bir səhifə açdı. İşgalçı Ermənistan qüvvələri Tovuz rayonu istiqamətindən Azərbaycan-Ermənistan sərhədlərini genişmiqyaslı hərbi müdaxilə ilə pozmaqla Azərbaycan ordusunun tutarlı cavabını aldı. Xain düşmən nəinki Azərbaycan xalqının iradəsini qıra bilmədi, əksinə xalqımızın əzmini-milli həmrəyliyini, dövlətimizin qüdrətini, Silahlı Qüvvələrimizin gücünü gördü. Bir daha təcavüzkar Ermənistan möhtərəm Prezidentimizin vurguladıgı kimi başından zərbə aldı. Beynəlxalq təşkilatlara, bir sıra dövlətlərə yalvardı ki, Azərbaycan tərəfini razı salsınlar ki, cavab zərbələri dayandırılsın. Budur Ermənistanın riyakar siyasəti. Ermənilərin fitnəkar əməlləri artıq bütün dünyaya bəllidir. Bəzi ermənipərəst qüvvələr istisna olamaqla, dünyanın bütün sülhsevər qüvvələri, Beynəlxalq təşkilarları, ayrı-ayrı dövlətlər tərəfindən Ermənistanın ölkəmizə təcavüzü qətyyətlə pisləndi, müasir dünya sülhsevər Azərbaycanın yanında oldugunu bəyan etdi. Bütün bu yaşananlar gözlənilən idi. Ermənilərin mənfur xisləti də, ermənipərəstlərin satqın mövqeyi də.

Amma bu arada başa düşülməyən bir məqam vardı. Xalqımızın böyük izdihamla küçələrə çıxıb erməni vandalizminə etiraz etməsi, Azərbaycan dövlətinin haqq səsinin dünyaya çatdırılması üçün səsini ucaltması, dövlətimiz, ordumuzla həmrəylik nümayiş etdirməsi fonunda bir qrup radikal müxalif qüvvənin əhalini təxribata səsləməsi, itaətsizliyə çagrış edib, dagıdıcılıq əməlləri ilə dövlətimizin qüvvələrini parçalamaq niyyətləri anlaşılmaz idi. Əslində çox agır da olsa bu cür təxribatçı əməllər törədənlərə yalnız bir ad vermək olar - SATQINLAR. Xarici düşmən bəlli oldugu üçün təhlükə miqyası da məlumdur. Ancaq daxildəki xainlərin bu cür çirkin əməllərinə heç nə ilə bəraət qazandırmaq olmaz. Nə qədər nankor olasan ki, yadelli düşmən torpagına hücum etsin, dinc sakinləri hərbi qulluqçuları amansızcasına qətlə yetirilsin, sənsə bu həssas məqamda hakimiyyət anbisiyası naminə dövlətinə həmrəylik göstərən xalqı pozuculuga səsləyəsən. Əlbəttə bu cür az sayda olan təxribatçı satqının çagrışı böyük xalq kütləsi üçün heç bir təsir mexanizminə malik deyil, amma niyə bizim qüdrətli xalqımızın bu cür miskin nümayəndələri olmalıdır? Məlumdur ki, düşmənin dəyirmanına su tökməyə cəhd edən bu mənfur qüvvələr layiqli cəzaların alacaqlar.

Ordumuz cəbhəboyu düşmənin təcavüzünə qarşı sarsıdıcı zərbələr vurur. Xalqımız ölkə başçısı ilə həmrəyli nümayiş etdirir. Cənab Prezidentin televiziya ilə çıxışından qısa müddət keçməsinə baxmayaraq, əlli minə yaxın vətəndaşımız Səfərbərlik və Hərbi Xidmətə Çagrış üzrə Dövlət Xidmətinə müraciət edərək orduya yazılıb Vətənin müdafiəsinə hazır olduqlarını əyani nümayiş etdirdilər. Budur xalq-iqtidar birliyi, budur Azərbaycan xalqının öz dövlətinə və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına inamı, sevgisi, güvəni.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024