Tərtərdə 5134,8 hektar sahədə texniki bitkilər becərilir
Tarix: 21-07-2020 | Saat: 15:04
Bölmə:İqtisadiyyat | çapa göndər
Tərtər rayonunda kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahəsinin 20,1 faizini texniki bitkilər təşkil edir.
Tərtər Rayon Statistika İdarəsindən bildirilib ki, rayonda cari ilin məhsulu üçün 25 min 572,6 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilib. Onun da 5134,8 hektarı texniki bitkilərdir. Hazırda tərtərli fermerlər və torpaq mülkiyyətçiləri 2981 hektar pambıq, 301,7 hektar şəkər çuğunduru, 1852,1 hektar günəbaxan sahələrində becərmə işləri aparırlar. Günəbaxanın yığımına avqust ayının əvvəllərində, pambıq və şəkər çuğundurunun yığımına isə sentyabr ayında başlanılacaq.
Qeyd edək ki, ötən il Tərtər rayonunda 6579,3 hektar sahədə texniki bitkilər becərilib, 11 min 936,2 ton pambıq, 18 min 692,7 ton şəkər çuğunduru, 6584 ton günəbaxan dəni istehsal edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər