Mobil versiya
YAP Səbail rayon təşkilatının Rayon Şurasının və ərazi ilk partiya təşkilat sədrlərinin onlayn formatında geniş iclası keçirildi
Tarix: 09-07-2020 | Saat: 19:36
Bölmə:Manşet / Siyasət | çapa göndər

YAP Səbail rayon təşkilatının Rayon Şurasının və ərazi ilk partiya təşkilat sədrlərinin onlayn formatında geniş iclası keçirildi



İyulun 9-da YAP Səbail rayon təşkilatında onlayn formatda Rayon Şurasının və ərazi ilk partiya təşkilat sədrlərinin növbəti geniş tərkibli iclası keçirildi.

İclasa sədrlik edən YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev koronavirus (COVID-19) epidemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən ardıcıl, sistemli və qabaqlayıcı tədbirlər, ölkə başçısının qəbul etdiyi qərarlar və hökumət tərəfindən atılan addımlar haqqında danışaraq bildirdi ki, bütün bəşəriyyət üçün qlobal sınağa çevrilmiş koronavirus pandemiyası, bu pandemiya ilə əlaqədar respublika ərazisində tətbiq olunan xüsusi karantin rejimi bir daha göstərdi ki, Azərbaycan Prezidenti üçün əhalinin sağlamlığı prioritetdir. Yaranmış iqtisadi təzyiqə baxmayaraq hökümət tərəfindən sosial dövlət konsepsiyasına uyğun olaraq sosial proqramlar davam etdirilir və özünütəcrid şəraitində vətəndaşlara maksimum sosial-iqtisadi dəstək göstərilir, səhiyyə sisteminin virusla mübarizə üçün hazır vəziyyətə gətirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər vaxtında icra olunur. Vurğulandı ki, yoluxma dinamikasının mənfiyə doğru gedişində bütün çətinliklərə baxmayaraq ölkəmizdə dərhal preventiv və sərt karantin şərtləri tətbiq olunur və pandemiya ilə mübarizə dövründə Azərbaycan vətəndaşının öz dövlətinə və prezidentinə etimadı gündən-günə yüksəlir.

Ş.Hacıyev diqqətə çatdırdı ki, pandemiya ilə mübarizənin 6 aylıq təcrübəsi göstərdi ki, bu ümumbəşəri bəla ilə mübarizə üçün ölkələr ayrı-ayrılıqda deyil, yalnız bütün səylərini birlikdə birləşdirərək uğur qazana bilərlər. Təəssüf ki, hətta inkişaf etmiş bəzi ölkələrdə virusdan ölüm hallarının sayının artmasına baxmayaraq iqtisadi tənəzzülün aradan qaldırılması prioritet vəzifə kimi irəli sürülür. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev isə bu məsələdə tamamilə fərqli mövqe nümayiş etdirdi, insani dəyərlərə, həmrəyliyə, əməkdaşlığa həmişə olduğu kimi bu dövrdə də sadiq qaldı və pandemiyaya qarşı ən mütərəqqi mübarizə modelini təqdim etdi. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz pandemiyanın dünyada sürətlə vüsət aldığı ilk gündən etibarən real addımlar atdı, konstruktiv təkliflərlə dünya ölkələrini bu pandemiyaya qarşı mübarizədə birliyə, həmrəyliyə dəvət etdi. Buna misal olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri və Qoşulmama Hərəkatının sədri statusunda qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünyanın 130-dan çox dövlət və hökumət başçıları tərəfindən dəstəklənməsi hadisəsini Azərbaycan üçün diplomatik tarixi uğur kimi yüksək qiymətləndirən Ş.Hacıyev bildirdi ki, beynəlxalq ictimaiyyətin cənab İlham Əliyevin şəxsində Azərbaycana bu etimadı bir daha sübut edir ki, yeni dövrün yeni lideri İlham Əliyev Cənubi Qafqazın lider ölkəsinin rəhbəri kimi bu gün beynəlxalq təşkilatlarda qlobal liderlik, qlobal həmrəylik və dünyanı narahat edən qlobal problemə bəşəri baxış nümunəsi təqdim edir.

Sədr bütün ərazi ilk partiya təşkilatlarının sədrlərini və üzvlərini ölkə başçımızın bu təşəbbüsünü fəal sürətdə sosial şəbəkələrdə dəstəkləməyə, təbliğ etməyə və real işlərdə rəhbər tutmağa çağırdı. Qeyd olundu ki, BMT Baş Assambleyasının bu xüsusi sessiyasından nəinki biz, bütünlüklə dünya ictimaiyyətinin gözləntiləri yüksəkdir. Əminik ki, bu mötəbər yığıncaqda konkret təkliflər üzrə məqsədəmüvafiq effektiv addımlar atılacaq. Nəzərə alsaq ki, virusa qarşı peyvəndin hazırlanmasında artıq xeyli yol qət edilib, düşünürük ki, bu peyvəndin inkişaf və gəlir səviyyəsindən asılı olmayaraq hər bir ölkə və hər bir vətəndaş üçün əlçatan olması bu iclasda müzakirə olunan prioritet məsələ olmalıdır.

Koronavirus (COVID-19) epidemiyası ilə mübarizənin yeni mərhələsində hər bir vətəndaşın və ictimai qurumun, o cümlədən YAP Səbail rayon təşkilatının və onun bütün strukturlarının, bütün YAP üzvlərinin qarşısında duran sosial vəzifələrə bir daha diqqət çəkən Sədr xüsusi qeyd etdi ki, biz mövcud qlobal pandemiya şəraitində fərdi şəkildə hər bir vətəndaşdan tələb olunan maska, sosial məsafə və şəxsi gigiyena qaydalarına əməl etməklə həm özümüzü, həm yaxınlarımızı, həm də bütünlükdə xalqımızı, dövlətimizi qoruyuruq.

İclasda 13.06.2020-ci il tarixində YAP-ın Sədr müavini – İcra Katibi Əli Əhmədovun sədrliyi ilə keçirilmiş müşavirədə rayon partiya təşkilatları qarşısında qoyulan vəzifələr, o cümlədən partiya üzvlərinin uçot qeydiyyatının daha da təkmilləşdirilməsi məsələləri haqqında iclas iştirakçılarına ətraflı məlumat təqdim olundu və bütün ərazi ilk partiya təşkilatları sədrlərinə bu vəzifələrdən irəli gələn konkret tapşırıqlar verildi. Sonra məsələ ilə bağlı çıxışlar dinlənildi və qarşıda duran vəzifələrin icrası istiqamətində müvafiq təkliflər səsləndirildi.











AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024