Mobil versiya
“Mənim kimi axmaq olmayın” dedi və səhəri koronavirusdan öldü - FOTO
Tarix: 05-07-2020 | Saat: 12:01
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

“Mənim kimi axmaq olmayın” dedi və səhəri koronavirusdan öldü - FOTO



ABŞ-ın Kaliforniya ştatının sakini "Facebook"da qorxulu ismarıc yazıb, səhəri isə koronavirusdan ölüb.

AİA.Az oxu.az-a istinadən bildirir ki, onun hekayəsini "BuzzFeed News" yayımlayıb.

"Bu zarafat deyil. Küçəyə çıxırsınızsa maska taxın və sosial məsafəni qoruyun. Mənim kimi lənətə gəlmiş axmaq olmayın", - deyə 51 yaşlı Tomas Masias özünün sosial şəbəkədəki hesabından yazmışdı.

Yaxın qohumunun sözlərinə görə, karantin müddətində Masias bütün tələbləri yerinə yetirib. Maska taxıb, məsafə gözləyib, insanların cəmləşdiyi yerlərdən qaçıb. Ancaq məhdudiyyətlər aradan götürüldükdən sonra o, dostları ilə açıq havada əylənməyə gedib, burada da koronavirusa yoluxub.

"Axmaqlıq edərək anamı, bacımı və digər ailə üzvlərimi təhlükəyə atdım. Bu ağır təcrübə oldu. Ümidvaram ki, sağalaram. Hamınızı sevirəm", - deyə o, ismarıcında əlavə edib.

Ancaq Masias qorxunc xəstəlikdən bir daha ayağa qalxa bilmədi və ismarıc yazdığının səhəri günü COVID-19-un yaratdığı ağırlaşmadan dünyasını dəyişdi.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024