Mobil versiya
Azərbaycanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb
Tarix: 01-07-2020 | Saat: 11:18
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb


Azərbaycanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən aia.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınacaqlar.

01 iyul 2020-ci il tarixdən etibarən çağırışçıların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5708 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-07-2020
02-07-2020