Cəbrayıl rayonunun icra başçısı postu uğrunda savaş başlayıb
Tarix: 09-03-2016 | Saat: 14:14
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər
Prezident İlham Əliyevin ötən həftə imzaladığı sərəncamlarla Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyev, Laçının icra başçısı Akif Səlimov və Salyanın icra başçısı Tahir Kərimov vəzifələrindən azad edildilər
Ölkə başçısının ard-arda verdiyi sərəncamlardan sonra ciddi müzakirələr başlayıb. Müzakirə mövzularından biri icra başçılarının "vurulma" səbəbləri ilə bağlı olsa da, boş qalan kürsülərə kimin gətirilməsi də polemika mövzusudur.
Bəlli olduğu kimi, hazırda Cəbrayıl, Laçın vəYardımlı rayonlarının icra başçıları kreslosu boşdur.
Reyting.az-a daxil olan məlumata görə, Cəbrayıl Rayon İcra Hakimiyyətinə başçı gətirilməsi uğrunda artıq ilkin savaş başlayıb. Məlumatda bildirilir ki, Cəbrayıl rayonundan deputat seçilmiş Astan Şahverdiyev bu məsələdə xüsusi canfəşanlıq edir.
Xatırladaq ki, rayonun sabiq icra başçısı Mahmud Quliyevin etiraz aksiyası keçirən vətəndaşları təhqir etməsi ölkədə ciddi rezonans doğurdu. Həmin hadisənin video-görüntüsünün sosial şəbəkədə, ardınca isə saytlarda yayılması M.Quliyevi hətta iqtidar deputatlarının qınağına tuş etdi. Ən maraqlısı isəodur ki, həmin vaxt A.Şahverdiyev dəM.Quliyevəqarşı sərt fikirlər səsləndirmişdi. Halbuki, son dövrlərə qədər A.Şahverdiyev özünü M.Quliyevin müavini kimi aparır, icra başçısına ünvanlanan tənqidi fikirlərə sərt reaksiyalar verirdi. Amma son dövrlər onun bu məsələlərdə susqun mövqe tutması diqqət çəkirdi. Hətta Şahverdiyevə yaxın şəxslərin Quliyevə qarşı kampaniya aparması da düşünülmüş siyasət ola bilər.
İddiaya görə, M.Quliyevin gözdən düşməsi A.Şahverdiyevin marağında olub. Ehtimal edilir ki, deputat icra başçısı postuna öz yaxın qohumunun gətirilməsini istəyib. Yəqin ki, dövlət başçısının sərəncamı ilə M.Quliyevin vəzifədən kənarlaşdırılması Şahverdiyevə əlavə manevr imkanları yaradıb.
Mənbəmiz deyir ki, deputat hazırda qardaşı oğlu Araz Şahverdiyevin icra başçısı postuna gətirilməsinə səy göstərir. Artıq onun bu məqsədlə müəyyən şəxslərlə danışıqlara başladığı da bildirilir.
Qeyd edək ki, Araz Şahverdiyev Cəbrayıl rayon polis şöbəsinin rəisidir.
Onu da bildirək ki, Cəbrayıl qeyri-rəsmi olaraq, baş nazirin müavini, Qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin sədri Əli Həsənovun kurasiyasındadır. Bu rayonla bağlı kadr dəyişikliyində Ə.-Həsənovun da müəyyən rolu olur.
Bizi bilgiləndirən şəxs isə deyib ki, hazırda Ə.Həsənov ölkə xaricində olduğundan yeni icra başçısının kimliyi iləbağlı qəti qərar verilməyib. Amma yaxın günlərdə yeni başçının kimliyi bilinəcək. Təbii ki, deputat Astan Şahverdiyevin Əli Həsənovla münasibətlərinin yaxınlığını nəzərə alsaq, onun namizədinə şans tanınması mümkün ola bilər.
Amma son dövrlər gözlənilməz qərarların verildiyi də yaddan çıxmamalıdır. Odur ki, Cəbrayıla bu dəfə hazırkı elitanın mənsub olduğu Mərcanlı kəndindən olmayan şəxsin gətirilməsi də mümkündür.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024