Leyla Əliyeva: “Ölkəmizin taleyi gənclərdən asılı olacaq“
Tarix: 09-03-2016 | Saat: 13:23
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva bu gün Bakıda keçirilən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının III Hesabat-seçki konfransının iştirakçılarına təbrik məktubu göndərib
Təbrik məktubunda deyilir:
“Rusiyanın Azərbaycanlı Gənclər Birliyi adından Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının III Hesabat-seçki konfransını salamlayır, iştirakçıları bu münasibətlə təbrik edirəm.
Əminliklə deyə bilərik ki, bu İttifaqın ətrafında torpağına məhəbbətlə yanaşan, dövlətinə sadiq xidmət edən gənclərimiz toplaşıb. Cəmiyyətimizin ön sıralarında olan gənclərimiz Azərbaycanın dövlət müstəqilliyinin qurulmasında, mübarizədə həmişə fəal iştirak ediblər. Qeyd edək ki, gənclərimizin birgə fəaliyyət göstərdiyi qeyri-hökumət təşkilatlarının nəinki ölkəmizdə, hətta onun xaricində də nüfuz dairəsi ilbəil artmaqdadır. Tələbə Gənclər Təşkilatları İttifaqının "Biz birlikdə güclüyük" çağırışı dinindən asılı olmayaraq bütün gəncləri dövlətçiliyimizin möhkəmlənməsində fəal iştirak etməyə, həmrəyliyə səsləyir.
Ali məktəblərdə təhsilin inkişafı, tələbələrin müsbət mənəvi keyfiyyətlərinin daha da zənginləşməsi kimi məsələlər İttifaqın fəaliyyət istiqamətlərindən biridir. Bilik və bacarığı ilə seçilən gənclərimizə həmişə dövlət tərəfindən qayğı və diqqət göstərilib. Bu il yanvarın 25-də ölkə Prezidenti İlham Əliyev tələbə və şagirdlərin təqaüdlərinin artırılması haqqında sərəncam imzalayıb.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə I Gənclər Forumunun təşkilindən 20 il ötüb. Ölkə başçısı bu münasibətlə gənclərlə görüşündə qeyd edib: "Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaq. Ona görə də sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq".
Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir. 1996-cı ildə Gənclərin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi vəzifələr qoymuşdu: milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin məsuliyyətini, dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmışdı. Bu siyasi kurs bu gün də layiqincə davam etdirilir.
Fərəhli haldır ki, dövlət qurumlarında gənc kadrların yerləşdirilməsinə böyük önəm verilir. Bu, dövlət gənclər siyasətinin çevik həyata keçirilməsində öz bəhrəsini göstərir.
Qeyd edim ki, sədri olduğum Rusiyanın Azərbaycanlı Gənclər Birliyi iki ölkə arasında mədəni əlaqələrin ilbəil daha da möhkəmlənməsinə, bir çox sahələrdə təcrübə mübadilələrinin həyata keçirilməsinə çalışır. Azərbaycan gəncləri Rusiyanın ictimai həyatında fəallıq göstərir.
Biz hamımız gənclərin dünya ölkələrinə inteqrasiyasına çalışırıq. Bu il Azərbaycanda Multikulturalizm ili elan edilib. Tarixən xalqımız öz qonaqpərvərliyi, dini dözümlülüyü ilə başqa xalqlardan seçilib. Məqsədimiz dünyanın sülhsevər gənclərini həmrəyliyinə nail olmaq, xalqlar arasında dostluq münasibətlərini qurmaqdır.
Bir daha konfrans iştirakçılarını bu mühüm tədbir münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək nəcib fəaliyyətinizdə sizə yeni-yeni uğurlar arzulayıram”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024