Mobil versiya
Sədaqət Vəliyeva: Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi
Tarix: 15-06-2020 | Saat: 21:17
Bölmə:Siyasət | çapa göndər

Sədaqət Vəliyeva: Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi



On üç ay hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Azərbaycanı dövlət müstəqilliyini itirmək, ölkəni bölünmək, xalqı isə müsibətlər yaşamaq taleyi ilə üzbəüz qoymuşdu.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Onun sözlərinə görə, 1992-1993-cü illərdə insan sözün həqiqi mənasında yaşamaq uğrunda mübarizə aparırdı və bu kontekstdə çörək növbələri həyatımızın ən acı mənzərələrindən birinə çevrilmişdi. Heç bir sahədə bacarıq göstərə bilməyən o zamankı hakimiyyətə cəmi bir il kifayət etdi ki, ölkəni bütünlüklə talan etsin. Ermənistanla müharibə vəziyyətində olan ölkədə nizami ordu yaradılmamışdı. Ayrı-ayrı silahlı dəstələr ordunu əvəz edir, hərbi vəzifələrdən daha çox siyasi vəzifələrə qulluq göstərirdi. Ermənilər isə bundan istifadə edib Azərbaycanın torpaqlarını zəbt etməkdə davam edirdi.
Eyni zamanda, dövlətin və mərkəzi hakimiyyətin ifrat zəifliyindən istifadə edən məkrli qüvvələr separatçı hərəkata rəvac vermişdilər. Azərbaycanın parçalanmasının artıq baş verdiyi dönəmdə AXC-Müsavat hakimiyyəti bütünlükdə iflasa uğrayıb taqətini itirmişdi. Bütün bunları isə müdrik Azərbaycan xalqı görür və qiymətləndirirdi.
Beləliklə, xalq Azərbaycanın fəlakətdən, xalqın müsibətdən qurtulması naminə Heydər Əliyevi hakimiyyətə dəvət etdi.
Sədaqət Vəliyeva bildirib ki, ulu öndər Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın müasir tarixinin yeni mərhələsi başladı: "Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Həmçinin, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı".
Deputat əlavə edib ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, Azərbaycanımızı daim doğru yolla, irəliyə aparacaqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə