Mobil versiya
"Azərbaycanın dünyada nüfuzunun getdikcə artması Qurtuluş gününün məntiqi davamıdır"
Tarix: 15-06-2020 | Saat: 21:10
Bölmə:Siyasət | çapa göndər

"Azərbaycanın dünyada nüfuzunun getdikcə artması Qurtuluş gününün məntiqi davamıdır"




"Bu tarix yox olmağın, uçurumun bir addımlığında qalan Azərbaycanın özünü yenidən tapdığı bir gündür".

Bunu politoloq Şəbnəm Həsənova 15 iyun qurtuluş günü ilə bağlı danışarkən deyib.

"Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 1993-cü ilin iyunun 15-i olduqca böyük əhəmiyyətə malikdir. Məhz bu gündə mövcudiyyəti, taleyi sual altında olan bir xalqa yenidən nəfəs verilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada cərəyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Onun yerinə yetirdiyi bu missiya sayəsində Azərbaycanın hərtərəfli inkişafının təməli qoyulub.

1993-cü ildə respublikamız çətin sınaqlarla üz-üzə qalanda xalqımız növbəti dəfə də yeganə xilaskar kimi Heydər Əliyevə üz tutdu və məhz onu rəhbər olaraq görmək istədi. Xalqın tələbi və xahişi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev öz zəkası, müdrikliyi və qətiyyəti ilə respublikamızı məhv olmaqdan, millətimizi deqradasiyaya uğramaqdan xilas etdi, müstəqilliyimizi qorudu və müasir Azərbaycan dövlətinin qurucusuna, Azərbaycançılıq məfkurəsinin müəllifinə çevrildi.

O, milli kimliyimizi, dilimizi, inancımızı, adət-ənənələrimizi ağır təhdidlərdən və məhv olmaqdan xilas edib. Məhz bu haqlı səbəblərdən 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycançılıq məfkurəsinin müəllifi, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev ölkəmizi bütün dünyaya tanıdıb, ona əbədi müstəqillik bəxş edib. Ən önəmlisi isə məhv olmağın astanasında dayanan xalqımızın milli qürurunu özünə qaytarıb.

Hakimiyyətə gəlişi ilə Azərbaycanda vətəndaş müharibəsinə, separatizmə, qardaş qırğınına son qoyan ulu öndər ilk növbədə prioritetləri düzgün müəyyənləşdirə bilib. 1994-cü ilin mayında atəşkəs haqqında razılığın əldə edilməsi ilə ölkənin çökmüş iqtisadiyyatını bərpa etmək üçün təməl prinsip kimi xarici investorların cəlb edilməsinə nail olunub. Elə həmin ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin bağlanıb və müharibədən çıxan, uçqunlar altından xilas olan bir ölkəyə yeni nəfəs verilib. Beləliklə də, Azərbaycanda xarici sərmayəçilər üçün əlverişli imkanlar açıldı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin ən parlaq səhifələrindən birini təşkil edir. Qədirbilən xalqımız da öz xilaskarının xidmətlərini unutmur. Bu məsələdə bu gün gənc nəslin də üzərinə böyük məsuliyyət düşür. Heydər Əliyevin misilsiz fəaliyyətini, fədakarlığını unutmamaq, gələcək nəsillərə ötürmək hər birimizin o dahi şəxsiyyətə olan vəfa borcudur. Çünki bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların kökündə Heydər Əliyevin siyasi uzaqgörənliyi, mərdliyi, cəsarəti və xalqa bağlılığı dayanır.

O, sonda bildirib ki, bu gün Azərbaycanın regionda və dünyada nüfuzunu getdikcə artması 15 iyun Milli Qurtuluş gününün məntiqi davamıdır.

Bəxtiyar Umarlı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024