Mobil versiya
Diplomatiya Könüllüləri üçün Qurtuluş Gününə həsr olunmuş onlayn görüş keçirildi - FOTO
Tarix: 15-06-2020 | Saat: 21:09
Bölmə:Manşet / Siyasət | çapa göndər

Diplomatiya Könüllüləri üçün Qurtuluş Gününə həsr olunmuş onlayn görüş keçirildi - FOTO



15 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) tərəfindən qurumun nəzdində fəaliyyət göstərən Diplomatiya Könüllüləri üçün Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük qayıdışının qeyd olunduğu Milli Qurtuluş Gününə həsr olunmuş onlayn görüş keçirildi.

XİN-dən AİA.Az-a bildirilib ki, səfir Elmira Axundova Ulu Öndəri şəxsən tanımaq və onunla çalışmaq şansı olan bir şəxs kimi ümummilli liderin fenomenal liderlik keyfiyyətləri haqqında danışdı və Heydər Əliyevlə çalışdığı dövrə aid xatirələrini bölüşdü. Həmçinin ümummilli liderimizin həyat və fəaliyyətinə həsr olunmuş bir sıra kitabların müəllifi kimi səfir Elmira Axundova yazdığı kitablardan bəhs etdi, Azərbaycan gənclərinin Heydər Əliyev kimi dahi şəxsiyyətin zəngin irsini daha dərindən bilmələrinin vacibliyini vurğuladı.

Görüşdə 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlətçiliyini yox olmaq təhlükəsindən xilas etdiyi qeyd edildi,Ulu Öndərin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruması, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırması və inkişafın təməlini qoyması xüsusilə qeyd olundu.

Ulu Öndər Heydər Əliyevin bir şəxsiyyət kimi həm öz şəxsi keyfiyyətləri, həm yüksək intellekti, həm də vətənpərvərliyi, xalqına, vətəninə bağlılığının, Azərbaycan sevgisinin bütün gənclər üçün örnək olduğu bildirildi.

Görüşün sonunda səfir Elmira Axundova Diplomatiya könüllülərin çoxsaylı suallarını cavablandırdı.

Görüş Diplomatiya Könüllüləri üçün Milli Qurtuluş Gününün əhəmiyyətini bir daha vurğulamaqla yanaşı Heydər Əliyevin zəngin irsi haqqında onların daha ətraflı və geniş məlumatlara yiyələnməsinə səbəb oldu.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə