Mobil versiya
Bu gün veteran partiyaçı Əli Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
Tarix: 13-06-2020 | Saat: 14:42
Bölmə:Manşet | çapa göndər

Bu gün veteran partiyaçı Əli Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir



Bu gün Ağstafa rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının siyasi Şurasının üzvi, veteran partiyaçı Əli Vəli oğlu Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Ağstafa rayon təşkilatının nümayəndələri iştirak etmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yubilyara öz arzularını çatdırmışdır.
Əli Vəli oğlu Əliyev 1960-cı ildə Ağstafa rayonunu Köçəsgər kəndində anadan olub. 1986-cı ildə Gəncə Yüngül Sənaye texnikumunu bitirmişdir. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuşdur. 1994-1998-ci illərdə Ağstafa Balıqçılıq təsərrüfatının direktoru, 1998-1999-cu illərdə Ağstafa Rayon İcra Hakimiyyəti aparatında təlimatçı, 2001-2011-ci illərdə Ağstafa rayon Məşğulluq Mərkəzinin direktoru, 2011-2012-cim ildə Vurğun qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə işləmişdir.

Dövlət qulluğunun müşaviri, veteran təqaüdçüdür.







AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024